• Follow Us:
  • c.muslim.b@hotmail.com
  • About Us
    • Administration
    • Structure
    • Charter
    • Legislation
    • Council of Ghazis
    • Ethics Commission
    • Authorized Representatives
    • History
    • Educational institutions
    • Imams
  • Action
    • The fatwas
    • Events
    • Meetings
    • Statements and Appeals
    • Official Letters
  • News and Media
    • News
    • Press Releases
    • Video Gallery
    • Photo Gallery
  • Library
    • Books
    • Articles
    • Library
  • Contact
  • az
The Holy Koran
  • c

Şeyxülislam Allahşükür Paşazadə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb

  • 2025-07-16
İyulun 16-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
 
AZƏRTAC xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadə qonağın Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, Ümummilli Lider Heydər Əliyevin türkdilli dövlətlər arasında əməkdaşlığa verdiyi xüsusi önəmi xatırladaraq, bu strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
 
Allahşükür Paşazadə Türkmənistanın müstəqillik əldə etdikdən sonra inkişaf yolunu seçdiyini, dövlətin uğurlarını məmnunluqla izlədiyini bildirərək, yaxın vaxtlarda Türkmənistana yenidən səfər etmək və Prezident Sərdar Berdiməhəmmədovla görüşmək arzusunda olduğunu deyib.
 
Dini sahədə əməkdaşlıq məsələlərinə toxunan Allahşükür Paşazadə Türkmənistanın müftisi ilə əvvəlki görüşünü xatırladıb. O, hər iki ölkənin dövlət başçılarının rəhbərliyi ilə Azərbaycan–Türkmənistan münasibətlərinin, o cümlədən dini-mənəvi sahədə əməkdaşlığın daha da genişləndiyini vurğulayıb.
 
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov çıxışında Prezident İlham Əliyevlə keçirdiyi görüşdən məmnunluğunu ifadə edib. Qurbanqulu Berdiməhəmmədov Azərbaycan ilə Türkmənistan arasında mövcud dini və mənəvi bağlılığın xalqlarımızın dostluq münasibətlərini daha da möhkəmləndirdiyini vurğulayıb, bu görüşün əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
 
Görüşdə birgə təşəbbüslərin strateji əhəmiyyət daşıdığı vurğulanıb, dini-mənəvi əməkdaşlığın bu çərçivədə mühüm yer tutduğu və gələcəkdə bu istiqamətdə birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.
 
Türkmənistan Xalq Məsləhətinin sədri Şeyxülislam Allahşükür Paşazadəni Türkmənistanda keçiriləcək məscid açılışı mərasiminə dəvət edib.
 
Sonra qarşılıqlı hədiyyələr təqdim olunub.
 
Görüşün sonunda qonağın şərəfinə ziyafət verilib.

Latest News

2025-07-17

Səfir: “Azərbaycanlı zəvvarlara hər zaman diqqət və qayğı göstərilir”...

2025-07-16

Şeyxülislam Allahşükür Paşazadə Türkmənistan Xalq Məsləhətinin sədri Q...

2025-07-04

Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyi birgə qanvermə aksiya...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Contacts

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024