• Follow Us:
  • +99412 492 39 21
  • c.muslim.b@hotmail.com
  • About Us
    • Administration
    • Structure
    • Charter
    • Legislation
    • Council of Ghazis
    • Scientific-Religious Council
    • General List of Religious Figures
    • Ethics Commission
    • Authorized Representatives
    • History
    • Educational institutions
    • Akhund and Imams
  • Action
    • The fatwas
    • Events
    • Meetings
    • Statements and Appeals
    • Official Letters
  • News and Media
    • News
    • Press Releases
    • Video Gallery
    • Photo Gallery
  • Library
    • Books
    • Articles
    • Library
  • Contact
  • az
The Holy Koran

Şeyxülislam: Azərbaycanın multikultural dəyərlər və dini dözümlülük modeli nümunədir

  • 2025-05-27
Azərbaycan öz zəngin dini müxtəlifliyi, multikulturalizm ənənələri və tolerantlıq siyasəti ilə beynəlxalq aləmdə nümunəvi ölkə kimi tanınır. Ölkəmizdə müxtəlif dini icmalar sülh və qarşılıqlı hörmət mühitində birgə yaşayır, dövlət bu müxtəlifliyi qorumaq və inkişaf etdirmək üçün davamlı ardıcıl addımlar atır. Eyni zamanda, Azərbaycanda islamofobiyaya qarşı prinsipial mövqe nümayiş olunur, bu mənfi tendensiyaların qarşısının alınması istiqamətində mühüm işlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul edərkən səsləndirib.
Şeyxülislam bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə İslam mədəniyyəti, dini dəyərlər və dini azadlıqlar daim yüksək səviyyədə qorunur və təşviq olunur. Azərbaycanın bu sahədə tutduğu mövqe, eyni zamanda, İslam dünyasında həmrəylik və əməkdaşlıq istiqamətində atdığı ardıcıl addımlar digər ölkələr üçün nümunə təşkil edir.
Allahşükür Paşazadə, həmçinin Qərb ölkələrində islamofobiya hallarının narahatedici dərəcədə artdığını qeyd edərək, belə meyillərə qarşı birgə mübarizənin vacibliyini vurğulayıb. Azərbaycanın dünyaya təqdim etdiyi multikultural dəyərlər və dini dözümlülük modeli bu istiqamətdə mühüm nümunə kimi qiymətləndirilib.

Latest News

2025-05-27

Şeyxülislam: Azərbaycanın multikultural dəyərlər və dini dözümlülük mo...

2025-05-27

Şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfransın iştirakçıları il...

2025-05-22

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclası keçirilib...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Contacts

  • Bakı, Mirzə Fətəli küç. 7
  • +99412 492 39 21
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024