• Bizi izləyin:
  • +99412 492 39 21
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Elmi-Dini Şura
    • Din xadimlərinin ümumi siyahısı
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • Axund və İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim

Səfir: “Azərbaycanlı zəvvarlara hər zaman diqqət və qayğı göstərilir”

  • 2025-07-17

 

             

 

         İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylini qəbul edib.

         Səfiri səmimi salamlayan Şeyxülislam həzrətləri iki dost və qardaş ölkə  arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb, dövlət başçılarının-Prezident İlham Əliyevlə İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səud və Vəliəhd, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla dostluq əlaqələrinin bu məsələdə önəmli rol oynadığını qeyd edib. İki tərəfli münasibətlərə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib.

         Şeyxülislam Allahşükür Paşazadə müxtəlif sahələrdə, o cümlədən, dini sahədə əlaqələrin davamlı inkişafının vacib olduğunu söyləyib. QMİ sədri bu ilki Həcc mövsümündə Azərbaycandan olan zəvvarlara göstərilən xoş münasibət üçün Krallığın Həcc və Ümrə Nazirliyinin rəhbərliyinə təşəkkürünü çatdırmağı diplomatdan xahiş edib.  

         Səfir İssam bin Saleh əl-Cuteyli növbəti dəfə görüş imkanı yaratdığı üçün Şeyxülislam həzrətlərinə minnətdarlığını bildirib. Başa çatan Həcc mövsümündə Səudiyyə Ərəbistanı Krallığını bir milyon yeddi yüz mindən çox zəvvarın ziyarət etdiyini deyən diplomat Allah qonaqlarının təhlükəsizliyi və rahatlığı üçün  ölkəsinin həyata keçirdiyi işlər barədə məlumat verib. Səfirin sözlərinə görə, Həcc mövsümündə 200-ə yaxın dövlətlə daim təmasda olan Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi Azərbaycan Həcc Missiyasının işini yüksək qiymətləndirib. Həcc Missiyasının fəaliyyətinə yaratdığı şəraitə görə Şeyxülislam həzrətlərinə təşəkkür edən səfir Azərbaycanlı zəvvarların ziyarətlərini təhlükəsiz və rahat şəkildə həyata keçirmələri üçün bundan sonra da zəruri addımların atılacağını, daim diqqət və qayğı göstəriləcəyini bildirib.

         Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Son xəbərlər

2025-07-17

Səfir: “Azərbaycanlı zəvvarlara hər zaman diqqət və qayğı göstərilir”...

2025-06-11

Şeyxülislam həzrətləri Ümumdünya Kilsələr Şurasının Baş katibinə məktu...

2025-06-06

Təzəpir məscidində bayram namazı qılınıb...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • +99412 492 39 21
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024