• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislam A. Paşazadə G20 Dinlərarası Forum Assosiasiyanın prezidenti Kol Dürhamla videokonfrans formatında görüşüb.

  • 2025-12-02
  •  
  • 102

Dekabrın 1-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A. Paşazadə G20 Dinlərarası Forum Assosiasiyanın prezidenti Kol Dürhamla onun istəyi ilə videokonfrans formatında görüşüb. Səmimi şəraitdə keçən videogörüşdə tərəflər qarşılıqlı etimada və ortaq məqsədlərə əsaslanan əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. Assosiasiyanın və onun prezidentinin fəaliyyətini yüksək qiymətləndirən QMİ sədri Assosiasiyanın dünyanın müxtəlif yerlərində təşkil edilən beş forumunda ardıcıl olaraq iştirak etdiyini və bu platformanın işinə öz töhfəsini əsirgəmədiyini qeyd edib. G20 Dinlərarası Forumlarında iştirakını bu platformaya və onun sülh məramlı fəaliyyətinə yüksək ehtiramının sübutu kimi qeyd edən A.Paşazadə vurğulayıb ki, insan həyatına, bəşərin mövcudluğuna təhdid və təhlükələrin artdığı müasir dövrdə siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoq zərurətindən irəli gəlir. Vurğulanıb ki, son illərin ənənəsi - Böyük İyirmilik ərəfəsi Dinlərarası Forumlar dövlət və din nümayəndələrinin birgə əməkdaşlığının səmərəli praktiki təzahürünə çevrilmişdir.
G20 Dinlərarası forumların işində fəal və davamlı iştirakına görə Şeyxülislam A.Paşazadəyə səmimi minnətdarlığını bildirən Kol Dürham Şeyxülislamla bu yaxınlarda ABŞ-a səfəri çərçivəsində keçirilən görüşü zamanı G20 Dinlərarası Forumunun strukturunda nəzərdə tutulan islahatlarla bağlı Şeyxülislamın böyük təcrübəsinə istinadən ondan öz tövsiyələrini verməsini xahiş etdiyini və proses əsnasında öz aralarında məlumat mübadiləsi aparmaq barədə razılığa gəldiklərini xatırlatdı. Şeyxülislam təklif olunan islahatları yüksək dəyərləndirdi, bu barədə öz fikir və tövsiyələrini bölüşdü.
Assosiasiyanın prezidenti Kol Dürham Şeyxülislam A.Paşazadənin tövsiyələrini diqqətlə dinləyib onu əmin etdi ki, islahatlar həyata keçirilən zaman onlar mütləq nəzərə alınacaq. Tərəflər Dinlərarası forum nəzdində müxtəlif dinlərin tanınmış nümayəndələrini bir araya gətirəcək və daimi fəaliyyət göstərəcək dinlərarası şuranın yaradılması mexanizmi ətrafında geniş müzakirə apardılar.


QMİ-nin Mətbuat Xidməti

*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

 

Son xəbərlər

2025-12-04

Şeyxülislam Allahşükür Paşazadə ABŞ Etnik Anlaşma Fondunun prezidenti ...

2025-12-02

Şeyxülislam A. Paşazadə G20 Dinlərarası Forum Assosiasiyanın prezident...

2025-11-30

Şeyxülislam Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanı krallığında müh...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024