• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

ŞEYXÜLİSLAM ABŞ-DA DƏRC OLUNAN "THE DESERET NEWS" QƏZETİNƏ MÜSAHİBƏ VERİB

  • 2025-10-20
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ABŞ səfəri zamanı İsa Məsinin Sonuncu gün müqəddəsləri kilsəsinin mətbu orqanı "THE DESERET NEWS" qəzetinə müsahibə verib. Müsahibəni aşağıda təqdim edirik.
 
Müsəlman lider: dinimizin İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsi ilə bir çox ortaq cəhətləri var.
Şeyxülislam Allahşükür Paşazadə ümumi konfransda iştirakından əvvəl prezident Dallin H.Oaks ilə görüşüb.
8 oktyabr 2025
 
 
 
Müəllif: Keytlin Keit
 
ƏSAS MƏQAMLAR
Şeyxülislam Allahşükür Paşazadə İsa Məsihin Son Zamanlar Kilsəsinin baş konfransında iştirak etmək üçün Yuta ştatına səfər edib.
Paşazadə İsa Məsih Kilsəsinin 2024-cü ildə Azərbaycanda qeydiyyata alınmasını dəstəkləyib.
Nümayəndə heyətinin üzvləri Solt Leyk Sitidə qarşılaşdıqları səmimi qonaqpərvərliyə görə minnətdarlıq bildirdilər.
Bazar günü Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, İsa Məsihin Son Zamanlar Kilsəsinin baş konfransına - “bu nəhəng dəvət edilib toplantıya İslami libasla daxil olmaq” böyük şərəfdir. "Mən bunu ölkəmə, xalqıma, dinimizə hörmət əlaməti hesab edirəm".
Paşazadə Azərbaycan Respublikasının tanınmış müsəlman lideridir və bazar günü Solt Leyk Sitidə keçirilən qlobal inanc konfransında iştirak etdikdən sonra tərcüməçi vasitəsilə Deseret News-a müsahibə verib.
O, Qafqaz Müsəlmanları İdarəsinin sədri və Qazılar Şurasının sədri kimi İslamın bütün ənənəvi məzhəblərinin vəhdətinin dəstəklənməsi üçün çalışır. O, şiə və sünni müsəlmanları bir araya gələrək eyni məsciddə birlikdə namaz qılmağa təşviq edir və bütün dünyada sülhü təşviq etmək üçün çalışır.
Zati-həzrətləri tarix elmləri doktoru, ilahiyyat professorudur və Azərbaycanda ilk islamşünaslıq tarixçisi kimi tanınır.
O, ailəsi ilə bərabər, eləcə də ölkəsinin digər nümayəndələri: Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Paşazadə və Bakı Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovla birlikdə Solt Leyk Sitiyə səfər edib.
 
 
 
Zati-həzrətləri Şeyxülislam Allahşükür Paşazadə Solt Leyk Siti səfərindən diqqət çəkən məqamları bizimlə bölüşüb.
 
Şeyxülislam Allahşükür Paşazadə 5 oktyabr 2025-ci il, bazar günü Solt Leyk Sitidəki Konfrans Mərkəzində İsa Məsihin Son Zamanlar Kilsəsinin 195-ci Yarımillik Baş Konfransında iştirak etdikdən sonra müsahibə verib.
Solt Leyk Siti səfərinin bir hissəsi olaraq, o, cümə axşamı On iki Həvarilər Kvorumunun rəhbəri, Prezident Dallin H. Oaks ilə, həmçinin Yuta Senatının sədri Stuart Adams da daxil olmaqla, Yuta ştatının digər nümayəndələri ilə görüşüb.
Şeyxülislam deyib: “Prezident Oaks tərəfindən qəbul olunmaq və prezident Nelsonun vəfatı ilə bağlı başsağlığı vermək kimi nadir fürsətə sahib olmaq bizim üçün böyük şərəf idi”.
Nümayəndə heyətinin səfəri onun bütün dünyada dinlərarası və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi yönündə səylərinə uyğundur. “Bu qədər məsafəni qət edərək bura gəlməyimizin əsas məqsədi yaxşı əməkdaşlıq əlaqələrimizi möhkəmləndirmək və inkişaf etdirmək, yaxşılaşdırmaqdır”.
O, həmçinin ümumi konfransın sessiyasında iştirakı barədə danışdı.
 
 
 
Şeyxülislam Allahşükür Paşazadə 5 oktyabr 2025-ci il, bazar günü Solt Leyk Sitidəki Konfrans Mərkəzində İsa Məsihin Son Zamanlar Kilsəsinin 195-ci Yarımillik Baş Konfransında iştirak edib. “Mən hələ də Prezident Oaks, Ağsaqqal (David A.) Bednar və başqalarının çox mənalı çıxışları nın təsiri altındayam. Bu, məni həmişəkindən daha çox inandırdı ki, İsa Məsihin Kilsəsi ilə müsəlmanlar arasında çoxlu ümumi düşüncələr, yanaşmalar, ideyalar və prinsiplər var”.
Bu, Zati-Həzrətlərinin Solt Leyk Sitiyə ilk səfəri deyil. O, 2023-cü ildə ilk dəfə bura qış fəslində gəlib və həmin vaxt qarın yağdığını, bundan həzz aldığını xatırlayıb. "Hələ də məmnuniyyətlə yada salıram, çünki bu, əla idi". "Yutada payız da çox gözəl bir fəsildir, lakin qarın şahidi olmaq mənim üçün fərqli idi, ona görə də ümid edirəm ki, qışda yenidən buralara gələcəm."
Azərbaycan nümayəndə heyəti Yutada necə xoş qarşılandıqlarını xüsusilə qeyd ediblər. Cavanşir Paşazadə Yuta ştatını çox bəyəndiyini, Solt Leyk Siti şəhərinin nə qədər gözəl olduğunu deyib, insanların nə qədər xeyirxah və gülərüz olduqlarını, qonaqpərvərliyin necə geniş ürəkli olduğunu vurğulayıb. “Konfrans bitdikdən sonra çıxışa doğru cərgələrin arasından keçirdik və o an mən gördüm ki, hər iki tərəfdə dayanmış insanlar bizə baxır, üzləri gülür, önümüzdə irəliləyən Şeyx Həzrətlərinin müsəlman olduğu başındakı əmmaməsindən onlara məlum idi və bunu bilərək bizə müsbət münasibətləri çox diqqətəlayiq idi”.
 
 
 
Əmmamə İslam dini xadimlərinin ənənəvi baş geyimlərinin xüsusi bir növüdür.
 
 
 
Millət vəkili ümumi konfransın “görkəmli” olduğunu da bildirib. “Heç kim o insanları məcbur etməyib ki, gəlsinlər, iştirak etsinlər, dinləsinlər - onlar öz ürəklərinin çağırışı ilə gəliblər”.
Rəvan Həsənov da əvvəllər də Yutaya səfər edib və kilsə rəhbərləri ilə görüşüb. O, danışarkən “burada yaşayan dostlarıma, Ağsaqqal (Cek N.) Cerard, Ağsaqqal Bednar və başqalarına təşəkkür edirəm”, dedi.
 
*Materiallardan istivadə zamanı sayta istinad vacibdir!

Son xəbərlər

2025-10-20

ŞEYXÜLİSLAM ABŞ-DA DƏRC OLUNAN "THE DESERET NEWS" QƏZETİNƏ MÜSAHİBƏ VE...

2025-10-15

Şeyxülislam A.Paşazadə BMT SA rəhbəri ilə görüşüb...

2025-10-14

Şeyxülislam Allahşükür Paşazadə "Dinlər Sülh Uğrunda" təşkilatının Baş...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024