• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislam Allahşükür Paşazadə “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” adlı kitabını özbək ictimaiyyətinə təqdim etdi

  • 2026-07-08
  •  
  • 28

 

Azərbaycan və özbək dillərində çap olunmuş “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” adlı kitab-albom İyulun 7-də Özbəkistan ictimaiyyətinə təqdim olunub.

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Özbəkistan Kinonematoqrafiya Agentliyinin zalında keçirilən təqdimat mərasimində geniş ictimaiyyət nümayəndələri, qardaş ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər. Özbəkistan Prezidentinin Özbəkistan Prezidentinin müşaviri Şuhrat Qaniyev, Millətlərarası münasibətlər və xaricdəki həmvətənlərin məsələləri komitəsinin sədri Qahramon Sarıyev, digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, o cümlədən, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri və digər şəxslər çıxış edərək təqdim olunan kitabın məziyyətlərindən ətraflı bəhs ediblər. Bildirilib ki, bu kitab Azərbaycanın dini liderinin qardaş Özbəkistan dövlətinə və xalqına özəl hörmət və dərin minnətdarlıq ruhunda ərsəyə gəlmiş nəşr iki qardaş dövlətin tarixi əlaqələrinə işıq salan, mənəvi əlaqələrin ən yeni tarixi dövrünə dair ensiklopedik əsərdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müəllifi olduğu “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” adlı kitab-albom Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənabları və Özbəkistan Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev cənabları arasında mövcud əsl qardaşlıq münasibətləri, müttəfiqlik zirvəsinə yüksəlmiş dövlətlərarası münasibətlərin mənəvi əlaqələrimizin inkişafına töhfələri əks olunub.

Azərbaycan Prezidentinin İslam dininin müqəddəs dəyərlərinə, xalqımızın dini-mənəvi irsinə ali  diqqət və qayğısı, beynəlxalq müstəvidə İslam həmrəyliyi ideyalarını fəal müdafiə etmək səylərinizə görə duyduğu qürur və minnətdarlıq hissi, Özbəkistan Prezidentinin ali mənəvi dəyərlərə, İslami irsimizə böyük ehtiramı və bu istiqamətdə dünyaya örnək olan fəaliyyətlərini vəsf etmək məramı daşıyan“Qardaşlıq və Müttəfiqliyin Zirvəsi”adlı kitab-albom 216 səhifədən ibarətdir və “Azərbaycan Nəşriyyatı”nda nəfis şəkildə çap olunmuşdur.

Qardaş xalqlarımıza ərməğan olan nəşrin müəllifinin qayəsi bundan ibarətdir ki, yalnız əsl liderlər xalqın ənənəvi dəyərlərini hər zaman, bütün müstəvilərdə davamlı şəkildə təbliğ və təşviq edir, onun milli-mənəvi irsinə sahib çıxaraq onun dünya miqyasında tanııdılmasına töhfə verirlər - müasir, müstəqil Azərbaycan və Özbəkistan dövlətlərinin, bünövrəsi Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş əlaqələrini uğurla yüksəlişə doğru aparan Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənabları və Özbəkistan Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev cənabları məhz belə alidəyər lider şəxsiyyətlərdirlər.

Kitabda Azərbaycanda və özbək torpağında baş tutan səmimi görüşlər, müxtəlif dövrlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan və Özbəkistanda keçirilən tədbirlərdəki çıxışları, konfrans materialları, məktub və məruzələri və fotoşəkillər ehtiva olunur.

Kitabın məşrinə məsul QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev, tətrib edəni QMİ Mətbuat Xidmətinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Rəhimə xanım Dadaşovadır.

Şeyxülislam Allahşükür Paşazadə kitabın özbək ictimaiyyətinə təqdimat mərasimində çıxış edib: “Bu gün mənim üçün mənəvi baxımdan olduqca dəyərli, mühüm əhəmiyyətli bir gündür. Çox şükürlər olsun, doğma yurdum Azərbaycanla ikinci vətənim Özbəkistan arasında əbədi qardaşlıq əlaqələrinə ithaf etdiyimiz nəşrin təqdimat mərasimində bir araya gəlmişik.

Hər zaman dərin minnətdarlıq və ehtiramla andığım Özbəkistanın tərəqqi və inkişafı məni hədsiz qürurlandırır. Bu torpağın qədim sivilizasiya məkanı olaraq nam və şöhrəti, Şərqin parlayan mədəni-mənəvi ulduzu olması tarixi gerçəklikdirsə, müasir Özbəkistanın nəinki Mərkəzi Asiyanın, bütün İslam dünyasının ucalan Günəşi olması bu günün fəxarətverici reallığıdır. Müqəddəs Kitabımız Qurani-Kərimdə buyurulduğu kimi:

“İçərinizdə xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun. Onlar əsil nicat tapanlardır” (Ali-İmran, 104).

Tarixi təfəkkür, qabaqcıl siyasi düşüncə, dərin milli və bəşəri qavrayış ilə dövlətçilik siyasəti yürütmək iqtidarında olan liderinin səyləri ilə müasir Özbəkistan öz tarixinin zirvə məqamlarını - siyasi və mənəvi İntibah dönəmini yaşayır. Mərkəzi Asiyanın qəlbi olan Özbəkistanda İslam Sivilizasiya Mərkəzinin ideya müəllifi və yaradıcısı - III İntibah dövrünün  müəllifi Özbəkistan Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev cənabları İslam Sivilizasiyası Mərkəzinin 2018-ci ildə mübarək Ramazan ayında təməlqoyma mərasimində öz məramını belə bəyan etmişdi ki, məqsədimiz İslamın dərindən öyrədilməsi, əcdadlarımızın zəngin irsinin xalqa və beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Dövlət rəhbərinin İslam dininin ali mənəvi dəyərlərinə belə yüksək qiymət verməsi müdrik, uzaqgörən dövlətçilik təfəkkürünün parlaq təzahürüdür. Müqəddəs dinimizin elmi əsaslar üzərində tədqiqi və təşviqi istiqamətində misilsiz işlər görən, İslam sivilizasiyasının İmam Buxari, İmam Tirmizi, İmam Maturidi, Nəqşibəndi kimi şəxsiyyət və dəyərlərini bütün dünyada tanıtmaq yönündə fövqəladə səylər göstərən Özbəkistan liderinin əməllərinə Uca Allah rəvac versin!

Möhtərəm təqdimat iştirakçıları! Özbəkistanı özünün ikinci Vətəni hesab edən şəxs, dini lider, Şeyxülislam olaraq mənim üçün xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri Özbəkistanın mənəvi müstəvidə, dini dəyərlərə münasibətdə ucaldığı zirvədir. Özbəkistan ötən əsrlərdə olduğu kimi, XXI əsrdə də İslam maarifi, elm-irfan sahəsində olduqca mühüm fəaliyyətlərin önündə getmək iqtidarı nümayiş etdirir. İslam mütəffəkkirlərinin irsi Zati-aliləri Şavkat Mirziyoyev cənabları tərəfindən BMT tribunasından təşviq olunur. Özəlliklə, İSESKO-nun dəyərli səyləri ilə Özbəkistan və onun İslam dünyasına bəxş etdiyi misilsiz töhfələr böyük ehtiramla bəşəriyyətə ümumbəşəri sərvət kimi təqdim olunmaqdadır.

Möhtərəm tədbir iştirakçıları! Yalnız əsl liderlər xalqın ənənəvi dəyərlərini hər zaman, bütün müstəvilərdə davamlı şəkildə təbliğ və təşviq edir, onun milli-mənəvi irsinə sahib çıxaraq, dünya miqyasında tanııdılmasına töhfə verirlər. Özbəkistan Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev cənabları və Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənabları məhz belə alidəyər lider şəxsiyyətlərdirlər. Dini lider, Şeyxülislam olaraq, mən hər zaman Azərbaycan və Özbəkistanın möhtərəm dövlət başçılarının ənənəvi milli-mənəvi dəyərlərə, tarixi irsə önəm və diqqətini olduqca yüksək dəyərləndirirəm. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənabları və Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev cənabları əsrlərdən gələn müştərək və mötəbər ənənələrə yeni nəfəs verirlər, Müttəfiqlik bağları ilə daha da yaxınlaşmış iki qardaş xalqın gələcək uğurlarına təminat yaradırlar.

         Azərbaycan və Özbəkistan mənəvi əlaqələri o qədər dərin və çoxşaxəlidir ki, cild-cild kitablara, elmi tədqiqat əsərlərinə sığmaz. Dəyərli Özbəkistan ictimaiyyətinin diqqətinə təqdim olunan “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi”adlı kitab-albom iki qardaş xalq, müttəfiq dövlətin ən yeni tarixində qüdrətli dövlət rəhbərlərinin səyləri və müdrik addımları sayəsində siyasi müttəfiqlik zirvəsinə yüksəlmiş münasibətlər dönəmində mədəni-mənəvi əlaqələrin, dini dəyərlərin inkişafını əks etdirmək məramı daşıyır. İki dildə - Azərbaycan və özbək dillərində işıq üzü görən nəşrin materialları müxtəlif dövrlərdə Azərbaycan və Özbəkistanda keçirilən tədbirlərdəki çıxışları, konfrans materiallarını, məktub və məruzələri də ehtiva edir. Kitabın ərsəyə gəlməsində bizə yardımını əsirgəməyən Özbəkistan İslam Sivilizasiyası Mərkəzinə, onun direktoru hörmətli dr. Firdavs Abdulxalikova, Özbəkistan Respublikası Prezident Administrasiyasının Dini-maarif məsələləri üzrə şöbə müdiri Müzəffər Kamilova, habelə Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyinə dərin minnətdarlığımızı ifadə edirik.

Şükürlər olsun, Azərbaycan xalqının ümummilli lideri, ulu öndərimiz Heydər Əliyev cənablarının dönəmində müstəqil Azərbaycan-Özbəkistan əlaqələrində təməli qoyulmuş müdrik yol bu gün davam və inkişaf etdirilir. Əminəm ki, İslam dünyasının, dünya siyasətinin Özbəkistan Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev cənabları və Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənabları kimi müdrik siyasi liderləri var olduqca müsəlman aləmi, ümmətimiz daha böyük uğurlara imza atacaqdır, inşallah!”

 

 

 

 

QMİ-nin Mətbuat Xidməti

 

*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Son xəbərlər

2026-07-08

Şeyxülislam Allahşükür Paşazadə “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” a...

2026-07-07

Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Beynəlxalq İslam Sivilizasi...

2026-07-07

QMİ sədri I Beynəlxalq İslam Sivilizasiyası Forumunda çıxış edib...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024