Bu gün 20 Yanvar faciəsinin 36-cı ildönümüdür.
Yanvarın 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və din xadimləri Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad ediblər.
Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərin məzarları ziyarət olunub, tər çiçəklər düzülüb, ruhlarına dualar oxunub.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!


