• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Allahşükür Paşazadə: Məqsədimiz dini liderlərin məşvərətçi qurumunun BMT-də təmsil olunmasıdır

  •  2025-09-19 00:00:00
  •  2025-09-19

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın təşkil etdiyi Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII Astana Qurultayının yüksək səviyyədə keçirildiyini bildirib.

AZƏRTAC xəbər verir ki, şeyxülislam jurnalistlərə açıqlamasında deyib ki, dünyanın nüfuzlu dini liderlərinin ənənəvi Zirvə görüşü olan Qazaxıstan qurultayları beynəlxalq aləmdə öz önəmini iki onillikdən artıq müddətdə təsdiqləyib. Astana qurultaylarının müstəsna əhəmiyyəti dini liderlərlə siyasi və ictimai xadimlərin daimi fəaliyyətdə olan platforma olmasındadır.

QMİ sədri dünyada mövcud vəziyyətin mürəkkəbliyinə toxunaraq bildirib: "Həyat çox çətin mərhələdə inkişaf edir. Dünyada müharibələr, qırğınlar, nüvə silahından istifadə təhdidi var. Əsas məqsəd din və məzhəblər arasındakı, habelə İslamdaxili münaqişələrin aradan qaldırılması üçün yol axtarışıdır. Həmçinin bu gün dünyada baş verən hadisələrə qiymət verməkdir".

Allahşükür Paşazadə vurğulayıb ki, konfransda 60-a yaxın dövlətin nümayəndələri, dini liderlər, xarici qonaqlar, ictimai xadimlər və başqaları iştirak ediblər.

Şeyxülislam Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündən danışaraq deyib: "Zati-aliləri tam şəkildə Azərbaycanı dəstəkləyir, Prezident İlham Əliyevi qardaş adlandırır. Fəxrlə vurğulayır ki, biz hər zaman Azərbaycanı dəstəkləmişik və dəstəkləyirik".

QMİ sədri əlavə edib ki, Kasım-Jomart Tokayev Vaşinqtonda imzalanan üçtərəfli Bəyannamə ilə bağlı onu təbrik edib. "Bütün müsəlmanlar sevinir ki, Qarabağ məsələsi öz həllini tapıb", - deyə o diqqətə çatdırıb.

Allahşükür Paşazadə qeyd edib ki, dinlərarası dialoq müstəvisində Azərbaycan böyük əhəmiyyət daşıyır, ölkəmizdə sivilizasiyalar, dinlərarası dialoqa və əməkdaşlığa dair mötəbər forumlar keçirilir: “Multikulturalizmə və İslam həmrəyliyi ideyalarına həsr olunmuş mühüm beynəlxalq forumlar müdrik dövlət rəhbərimizin rəhbərliyi ilə keçirilib”.

QMİ sədri xüsusi vurğulayıb ki, Azərbaycanın dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoq mərkəzi və dinlərarası əməkdaşlıq məkanı kimi qəbul olunması Prezident İlham Əliyevin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsidir. O, ölkəmizdə və xaricdə keçirilən bütün beynəlxalq platformalarda bu qürurverici reallığın şahidi olmaqdan fəxarət duyduğunu qeyd edib: “Bakının ev sahibliyi etdiyi sivilizasiyalar və mədəniyyətlərarası dialoqa dair ənənəvi forumlar, Dini Liderlərin Ümumdünya Bakı sammitləri, COP29 çərçivəsində keçirilən Dini Liderlərin Zirvə görüşü kimi tədbirlər Azərbaycanın mənəvi ideyalar mərkəzi olan lider dövlət statusunu dünyaya bəyan edir. Azərbaycan bu missiyasını davam və inkişaf etdirəcək”.

Şeyxülislam gələcək planlara da toxunaraq deyib: "Məqsədimiz uzun illərdir irəli sürdüyümüz təşəbbüs əsasında dini liderlərin məşvərətçi qurumunun BMT-də təmsil olunmasıdır. Çünki din haqqında çıxış edənlər siyasi xadimlərdir, halbuki din xadimləri özləri öz hüquqlarını qorumalı, sözlərini deməlidirlər".

Allahşükür Paşazadə Astana Qurultayında iştirak edən BMT-nin Sivilizasiyalar Alyansı ilə ölkəmizin dini mərkəz olaraq QMİ-nin səmərəli əməkdaşlıq təcrübəsinin olduğunu da diqqətə çatdırıb.

Növbəti Astana Qurultayının 2028-ci ildə keçiriləcəyini, ondan əvvəl isə katibliyin hər il toplaşacağını qeyd edən QMİ sədri 23 illik tarixə malik Dünya və Ənənəvi Dinlərin Liderlərinin Qurultaylarının Katibliyinin daimi üzvü olduğunu deyib. "Qazaxıstan türkdilli ölkələr arasında xüsusi rolu olan, Mərkəzi Asiyada dinlər arasında dialoqun inkişaf etdirilməsi təşəbbüsləri ilə seçilən dövlətdir", - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Multikulturalizm Mərkəzinin rəhbəri Ravan Həsənov da konfransda iştirak edib və tədbirin işində fəal rol oynayıb.

Son xəbərlər

2025-10-14 00:00:00

Şeyxülislam Allahşükür Paşazadə "Dinlər Sülh Uğrunda" təşkilatının Baş...

2025-10-15 00:00:00

Şeyxülislam A.Paşazadə BMT SA rəhbəri ilə görüşüb...

2025-10-13 00:00:00

BMT-də görüş...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024