• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislam A.Paşazadə G20 Dinlərarası Forumunda

  •  2025-08-12 00:00:00
  •  2025-08-12

G20 Dinlərarası Forumunda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərində səfərdədir. 10-14 avqust tarixlərində baş tutacaq Forumun mövzusu “İman fəaliyyətdə”dir.

G20 Sammitləri ərəfəsində keçirilən Dinlərarası Forum davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası qlobal platformadır. G20 Dinlərarası Forumun Prezidenti Kol Dürham tərəfindən dəvət olunmuş QMİ sədri Şeyxülislam A.Paşazadə Keyptaun Forumunun açılış plenar iclasında iştirak  edib.

Dinlərarası tolerantlıq üçün müxtəlif dünya dinləri nümayəndələrinin duaları ilə işə başlayan Forumda etdiyi çıxışda Cənubi Afrika Respublikasının G 20-də sədrliyi çərçivəsində Dinlərarası Foruma dəvətə görə minnətdarlığımı ifadə edən Şeyxülislam A.Paşazadə Keyptaun Forumunun iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin salamlarını və xeyir-dualarını çatdırıb. Bildirib ki, ümumi evimiz olan Yer kürəsində insan həyatına, bəşərin mövcudluğuna təhdid və təhlükələrin artdığı müasir dövrdə siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoq zərurətindən irəli gələn, son illərin ənənəsi - Böyük İyirmilik ərəfəsi Dinlərarası Forumlar dövlət və din nümayəndələrinin birgə əməkdaşlığının səmərəli praktiki təzahürünə çevrilmişdir. QMİ sədri vurğulayıb ki, beynəlxalq sabitliyə təhdid olan ksenofoboya təzahürləri, etnik, dini, irqi ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları, sivilizasiyaların toqquşdurulması cəhdləri, süni intellektin fəsadları, sürətlə silahlanma, real nüvə təhlükəsi bütün bəşəriyyət üçün ən böyük təhlükələrdir. Keyptaun Forumunun mövzusunun “İman fəaliyyətdə” olaraq seçilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edən Şeyxülislam A.Paşazadə bildirib ki, həqiqətən, dinlərin, imanın potensialı, ümumbəşəri dəyərlər və insan qardaşlığı çağırışları bütün problemlərin həllinə yardımçı ola bilər.

Şeyxülislam A. Paşazadə çıxışında Forumun mövzularına toxunaraq deyib: “Qürur duyuram ki, təmsil etdiyim Azərbaycan tolerantlıq, multikulturalizm diyarı olaraq qlobal müstəvidə dinlər, sivilizasiyalar arasında dialoq prosesində aparıcı rol oynayır. İqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması ötən ilin noyabrında Bakıda COP 29 BMT tədbirində müzakirə edildi və həmin Forum çərçivəsində iqlim problemlərinin mənəvi dəyərləndirilməsində dini liderlər yaxından iştirak etdilər. Azərbaycanın ardıcıl 3 il sədrliyi müddətində Qoşulmama Hərəkatı müstəvisində bütün irqlərin və xalqların bərabərliyinin tanınması, müstəmləkəçiliklə mübarizə istiqamətində mühüm əməli addımlar atılmışdır. Azərbaycan Respublikası beynəlxalq hüquq normaları çərçivəsində BMT-nin məlum qətnamələrini yerinə yetirərək işğala son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş Qarabağda dinc quruculuq işləri və əhalinin qayıdış layihələrini həyata keçirir, ekosid və urbisidin nəticələrini aradan qaldırır, bölgəmizdə sülh və tərəqqi yönündə səy göstərir”.

Şeyxülislam A. Paşazadə çıxışının sonunda, həmçinin, G20 Dinlərarası Forumun işində iştirak edən və ölkəmizi təmsil edən  Azərbaycan Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Milli Məclisin deputatı Cavanşir Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun adından Forumun təşkilatçılarına təşəkkürünü bildirdi.

Forum işini davam etdirir. QMİ sədri Şeyxülislam A.Paşazadənin tədbir çərçivəsində müxtəlif mədəni proqramlarda iştirakı, Forum iştirakçıları və rəsmilərlə görüşləri nəzərdə tutulur.

QMİ-nin Mətbuat Xidməti

*Materiallardan istifad zamanı sayta istinad vacibdir!

 

Son xəbərlər

2025-08-13 00:00:00

Şeyxüluslam A.Paşazadənin G20 Dinlərarası Forumu çərçivəsində görüşlər...

2025-08-12 00:00:00

Şeyxülislam A.Paşazadə G20 Dinlərarası Forumunda...

2025-08-10 00:00:00

Müsəlman Ağsaqqalları Şurası Azərbaycan və Ermənistan arasında əldə ed...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024