• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Allahşükür Paşazadə: Seyyid Yəhya Bakuvinin fəlsəfi görüşləri milyonlarla insana təsir göstərib

  • 2026-09-14
  •  
  • 33

Haqq dini olan İslamı insanlara olduğu kimi təbliğ etmək yönündə böyük səylər göstərmiş Seyyid Yəhya Bakuvinin mötədil təsəvvüf fəlsəfəsi, əsasən, mənəvi kamillik, insan qardaşlığı, tolerantlıq və bəşəri həmrəylik prinsiplərinə əsaslanır. Təsadüfi deyil ki, Bakuvinin fəlsəfi irsi UNESCO səviyyəsində qeyd olunub, qlobal əhəmiyyət qazanıb.

 

AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində “Gülüstan” sarayında keçirilən “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: Mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda I Beynəlxalq konfransın plenar iclasında çıxışı zamanı deyib.

 

QMİ-nin sədri bildirib ki, Bakuvinin fəlsəfi görüşləri Anadoludan Balkanlara, Orta Şərqdən Şimali Afrikaya, Qafqazdan Mərkəzi Asiyaya qədər geniş bir coğrafiyada milyonlarla insana təsir göstərib: “Seyyid Yəhya Bakuvinin Bakıda, İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində tarixi abidə kimi qorunan türbəsi həm yerli sakinlərin, həm də xaricdən gələn zəvvarların ziyarət yerinə çevrilib. Zəmanəmizdə olduqca böyük ehtiyac duyulan mötədil dəyərlərin mükəmməl qaynaqlarından olan Bakuvi irsinin tədqiqi və təşviqi, heç şübhəsiz ki, ümumbəşəri və ümumislami dəyər kəsb edir”.

 

Allahşükür Paşazadə TDT müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində keçirilən beynəlxalq konfransda 40-a yaxın ölkəni, 18 beynəlxalq təşkilat və mərkəzi təmsil edən dövlət, din, elm və ictimai xadimi ehtiva edən 200-ə yaxın iştirakçının bir araya gəldiyini də diqqətə çatdırıb.

Son xəbərlər

2026-09-15

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştir...

2026-09-14

Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarələri rəhbərlərinin VII ...

2026-09-14

Allahşükür Paşazadə: Seyyid Yəhya Bakuvinin fəlsəfi görüşləri milyonla...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024