• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Allahşükür Paşazadə: TDT-yə üzv dövlətlərin xalqları əsl qardaşlıq nümunələri nümayiş etdirirlər VİDEO

  • 2026-09-14
  •  
  • 26

14.09.2026

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin xalqları xoş günlərdə, çətin anlarda birlikdə olmağın əsl qardaşlıq nümunələrini nümayiş etdirirlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsi günlərində biz Türkiyə Cümhuriyyətinin hərtərəfli dəstəyinin şahidi olduq. Vandalizmə məruz qalmış ərazilərimizə yeni həyat verilməsində, azad Qarabağa Böyük Qayıdışımız zamanı quruculuq işlərində türk dövlətləri bizə yardımlarını əsirgəmədilər.

AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri şurasının 7-ci görüşündə çıxışı zamanı deyib.

“Hər zaman yanımızda olan qardaş ölkələrin Füzuli və Ağdamda inşa etdirdikləri - Özbəkistanın hədiyyəsi Mirzə Uluqbəy adına tam orta məktəb, Qazaxıstanın hədiyyəsi Kurmanqazı adına Uşaq Yaradıcılığı Mərkəzi, Qırğızıstanın hədiyyəsi Aykol Manas adına tam orta məktəb və Türkmənistanın inşa etdirdiyi möhtəşəm məscid binası mənəvi dəyəri çox yüksək olan əsl qardaş ərməğanlarıdır. Fəxarətverici haldır ki, Türkiyədə zəlzələdən zərərçəkmiş Kahramanmaraş bölgəsində Azərbaycan tərəfindən inşa olunan məhəllənin açılışında Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev, Qarabağdakı məkanların açılışlarında qardaş türk ölkələrimizin rəhbərləri şəxsən iştirak ediblər”, - deyə o bildirib.

QMİ sədri növbəti, 8-ci görüşün Türkiyədə keçiriləcəyini qeyd edib.

VİDEO

Son xəbərlər

2026-09-14

QMİ-nin sədri: Azərbaycan sivilizasiyalar, mədəniyyətlərarası dialoq v...

2026-09-14

Allahşükür Paşazadə: TDT-yə üzv dövlətlərin xalqları əsl qardaşlıq nüm...

2026-09-14

QMİ sədri: Bakı görüşü Azərbaycandan başlanan dəyərli ənənənin uğurlu ...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024