• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Azərbaycanın dinlərarası dialoqa bir daha mühüm töhfə verdi – Qafqaz Müsəlmanları İdarəsi ilk dəfə təsisçi kimi iştirak edəcək.

  • 2026-05-14
  •  
  • 7

 

 

Mayın 13-də İstanbulda Avrasiya İqtisadi Zirvəsi çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə ilə G20 Dinlərarası Forumunun prezidenti Kol Durham,
Ekumenik Kilsəsinin baş Mitropolit Emmanuel, Stirlinq Fondunun vitse-prezidenti Nikol Stirlinq və digər rəsmi şəxslər arasında görüş keçirildi. G20 Dinlərarası Forumunun nəzdində Çoxdinli Məşvərət Şurasının təsis olunması haqqında geniş müzakirə aparıldı və üçtərəfli anlaşma memorandumu imzalandı. Memoranduma əsasən Qafqaz Müsəlmanları İdarəsi söügedən Şurada təsisçi qurum kimi çıxış edəcək ki, bu da Azərbaycanın dinlərarası dialoqa verdiyi töhfəytə baxımdan mühüm addım və bu prosesdə yeni mərhələ kimi qiymətləndirilir. Şeyxülislam həzrətləri anlaşma memorandumunun imzalanmasının vacibliyini belə ifadə etdi -   ‘’Bu gün mühüm sənədi imzalayırıq, G20 Dinlərarasl Forumu ilə artıq əməkdaşlıqdan savayı həm də Məşvərət Şurasının təsisçisi kimi çıxış edəcəyik’’. G20 Dinlərarası Forumunun prezidenti Kol Durham da yeni əməkdaşlıq müstəvisinin dinlərarası dialoqa, qlobal sülhün bərqərar olmasına təhfələr verəcəyindən əminliyini ifadə etdi, Azərbaycanın bu prosesdə mühüm xidmətlərinin olduğunu diqqətə çatdırdı.

Daha sonra bu ilin oktyabr ayında Amerika Birləşmiş Ştatlarında keçiriləcək G20 dinlərarası Forumuna hazırlıq, dəvət ediləcək qonaqlarla bağlı fikir mübadiləsi aparılıb. G20 forumunun qlobal əhəmiyyətindən danışan Allahşükür Paşazadə həzrətləri sözügedən tədbirə Qafqaz Müsəlmanları İdarəsinin tərəfindən dəstək göstəriləcəyini diqqətə çatdırdı. Daha sonra qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər müzakirə edildi.

 

*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

 

Son xəbərlər

2026-05-14

Şeyxülislam həzrətləri İstanbul Patriarxı ilə görüşdü...

2026-05-14

Azərbaycanın dinlərarası dialoqa bir daha mühüm töhfə verdi – Qafqaz M...

2026-05-14

Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın genişləndirilm...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024