• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşü iştirakçılarının şərəfinə ziyafət təşkil olunub

  • 2026-09-14
  •  
  • 20

14.09.2026

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünün və “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda I Beynəlxalq Konfransın iştirakçıları üçün ziyafət təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın ərazi bütövlüyünün bərpasını mühüm tarixi hadisə kimi dəyərləndirib, Qarabağda dini-mədəni abidələrin bərpası və aparılan genişmiqyaslı quruculuq işlərindən danışıb. O, türk dövlətləri arasında dostluq və qardaşlıq münasibətlərinin, eləcə də dövlət və dini liderlərin əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Azərbaycanın regionda sülh, tolerantlıq və insan qardaşlığının möhkəmləndirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib. O, Prezident İlham Əliyevin sülhə üstünlük verməsini və “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini xüsusi qeyd edib.

Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Azərbaycanın Türk dünyası ilə İslam dünyası arasında mühüm qardaşlıq körpüsü olduğunu bildirib. O, türk və müsəlman dövlətləri arasında birlik və həmrəyliyin gücləndirilməsinin ümumi gələcək üçün böyük imkanlar yaratdığını vurğulayıb.

Ziyafətdə TDT-yə üzv və müşahidəçi ölkələrin müsəlman dini idarələrinin rəhbərləri, din xadimləri, konfrans iştirakçıları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Son xəbərlər

2026-09-14

QMİ sədri: Bakı görüşü Azərbaycandan başlanan dəyərli ənənənin uğurlu ...

2026-09-14

Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarələri rəhbərlərinin VII ...

2026-09-14

Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görü...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024