Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının
Üzvü, Kürdəmir şəhər “İmam Rza məscidi”nin
imamı Füzuli Tapdıq oğlu Cəfərova
Bismillahir-Rəhmannir-Rəhim!
Ananızın vəfatı xəbəri məni dərindən kədərləndirdi. Şəxsən öz adımdan, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvləri və İdarənin kollektivi adından Sizə hüznlə başsağlığı verir, mərhumənin ruhunun dinclik tapması üçün dualar edirəm.
Allah-Taala ananızın məkanını cənnət eləsin inşallah!
Şeyxülislam
Allahşükür PAŞAZADƏ


