Avqustun 7-də Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə Azərbaycan Dini Konfessiyaların Məşvərət Şurasının növbəti iclası keçirilib.
Yığıncaqda 27 Sentyabr-Anım Gününün beşinci ildönümü ilə bağlı konfessiyaların həyata keçirəcəyi tədbirlər müzakirə olunub. Ölkəmizdəki müsəlman, pravoslav, katolik, yəhudi dini icmalarının rəhbərləri məsələ ətrafında geniş fikir mübadiləsi aparıb, təkliflərini səsləndiriblər.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!