• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

İl Messaggero” qəzeti: Azərbaycanda dinlərarası harmoniya sülhün əsasını təşkil edir

  • 2026-03-28
  •  
  • 51

İtaliyanın nüfuzlu “İl Messaggero” qəzetində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin müsahibəsi dərc olunub.

 

AZƏRTAC xəbər verir ki, QMİ-nin və Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin təşkilatçılığı ilə Romada təşkil olunmuş iftar süfrəsi çərçivəsində verilən müsahibədə şeyxülislam Azərbaycanın tolerantlıq və birgəyaşayış modelinə diqqət çəkib. O, müxtəlif dinlərin nümayəndələrinin iştirakı ilə təşkil olunan həmin görüşün hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyət daşıdığını bildirib.

 

Şeyxülislam qeyd edib ki, Yaxın Şərqdə davam edən münaqişələr və Avropada din adı ilə törədilən terror hadisələri fonunda Azərbaycan fərqli nümunə ortaya qoyur. Bildirib ki, ölkədə əsrlər boyu formalaşmış tolerantlıq mühiti bu gün də qorunur və inkişaf etdirilir. “Dinlər bölməməli, əksinə, insanları birləşdirməlidir”, – deyə A.Paşazadə vurğulayıb.

 

QMİ sədri qeyd edib ki, Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında uzun və zəngin dialoq ənənəsi var. Bakıda müsəlman, xristian və yəhudi dini liderlərinin iştirakı ilə keçirilən iftar süfrələri artıq ənənə halını alıb və cəmiyyətin həmrəyliyinin real ifadəsinə çevrilib. Bu təşəbbüsün Romada davam etdirilməsi isə dinlərarası dialoqun coğrafiyasının genişləndiyini göstərməklə yanaşı, sülhün və birgəyaşayışın konkret göstəricisidir. Belə görüşlər eyni süfrə arxasında toplaşaraq özümüzü eyni ailənin üzvləri kimi hiss etməyimizin mümkün olduğunu nümayiş etdirir. Bu təşəbbüsün Vatikan tərəfindən dəstəklənməsi dinlər arasında dialoqun nəinki zəruri olduğunu, həm də artıq başladığını göstərir. Mesaj sadədir: əgər həqiqətən istəyiriksə, sülh mümkündür.

 

A.Paşazadə müsahibədə Azərbaycanın uğur modelinin əsasını tarixi tolerantlıq ənənələri və dövlətin bütün vətəndaşlara bərabər yanaşması ilə izah edib. Qeyd edib ki, ölkədə şiələr və sünnilər, eləcə də xristian və yəhudi icmaları qarşılıqlı hörmət şəraitində yaşayır. “Azərbaycanda əsas meyar vətəndaşlıqdır. Dinindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Bu, etimad, sabitlik və qarşılıqlı hörmət yaradır. Məhz bu tarazlıq müxtəlif icmaların birlikdə harmoniyada yaşamasına imkan verir”, - deyə şeyxülislam bildirib.

 

Müsahibədə Katolik Kilsəsi və Vatikanla münasibətlərin əhəmiyyətinə də toxunulub. Bildirilib ki, dinlərarası dialoq və qarşılıqlı əməkdaşlıq qlobal sabitliyə töhfə verən əsas amillərdəndir. Son illərdə həyata keçirilən birgə təşəbbüslər bu münasibətlərin daha da möhkəmləndiyini göstərir.

 

Şeyxülislam, həmçinin dini liderlərin roluna diqqət çəkərək onların sülhün və qarşılıqlı anlaşmanın təşviqində fəal iştirak etməsinin vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, dinlər insan həyatının qorunması kimi ali dəyər ətrafında birləşməlidir.

 

A.Paşazadə Avropada yaşayan müsəlmanlara müraciətində nifrət, ekstremizm və islamofobiyaya qarşı qəti mövqe tutmağa çağırıb. Bildirib ki, İslam sülh və qardaşlıq dinidir, ondan zorakılıq məqsədilə istifadə edənlər bu dini təmsil etmir.

 

Müsahibədə vurğulanıb ki, Azərbaycanın təcrübəsi müxtəlif dini və etnik qrupların hüquqları təmin edildikdə və vətəndaşlıq prinsipi üstün tutulduqda, sülh və harmoniyanın real nəticəyə çevrildiyini göstərir.

Son xəbərlər

2026-03-28

İl Messaggero” qəzeti: Azərbaycanda dinlərarası harmoniya sülhün əsası...

2026-03-24

Şeyxülislam Patriarx II İliyanın vida və dəfn mərasimində iştirak edib...

2026-03-19

ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏNİN BAYRAM TƏBRİKİ...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024