• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Mötəbər beynəlxalq toplantıda iştirak

  • 2026-06-23
  •  
  • 31

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Dinlər Sülh Uğrunda” təşkilatının 2026-cı il Ümumdünya Şurasının 23-26 iyun tarixlərində keçirilən illik toplantısında iştirak etmək üçün Mavriki Respublikasında səfərdədir.

Şeyxülislam A. Paşazadə 2025-ci ildə “Dinlər Sülh uğrunda” təşkilatının Ümumdünya Şurasının həmprezidenti seçilib və Baş Katibi Dr. Frensis Kurianın dəvəti ilə builki toplantıda məhz bu statusda iştirak edir.

23 iyunda “Dinlər Sülh uğrunda”təşkilatının Ümumdünya Şurasının açılış mərasimi öncəsi Mavriki prezidenti Daramber Qoxul cənabları

Ümumdünya Şurasının bir sıra nüfuzlu rəhbər şəxsləri ilə görüşüb.

Şeyxülislam A. Paşazadə ilə məxsusi görüş zamanı səmimi dialoq baş tutub. Bu yaxınlarda WUF-13 Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Mavriki Prezidentinin Azərbaycana səfərini xatırladan Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidentinin salamlarını Daramber Qoxul cənablarına çatdırıb. Mavriki prezidenti Şeyxülislama bildirib ki, sizin gözəl, qonaqpərvər ölkəniz və müdrik prezidentiniz var və səmimi salamlarını Azərbaycan Prezidenti İlham Əliyev cənablarına yetirməyi Şeyxülislamdan xahiş edib. Mavriki Respublikasının Prezidenti cənab Daramber Qoxul Azərbaycanda səfərdə olarkən dini məbədi – Bibiheybət məscid-kompleksini ziyarət etdiyini xüsusi vurğulayıb. Söhbət səmimi şəraitdə davam edib.

Mavriki Prezidentinin iştirakı ilə “Dinlər Sülh uğrunda” təşkilatının Ümumdünya Şurası öz işinə müxtəlif din xadimlərinin duaları ilə başlayıb. Şuranın builki toplantısının mövzusu “Müştərək Mübarək Tərəqqiyə Doğru Yolların Qurulması”dır.

Şeyxülislam A. Paşazadə mötəbər toplantının “Süni İntellekt — İnsan Hüquqları, Ləyaqəti və Süni İntellektin Çoxdinli Perspektivləri" xüsusi sessiyasında çıxış edəcəkdir.

“Dinlər Sülh uğrunda” təşkilatı yarım əsrdən artıq tarixə malik, dünyanın ən böyük və genişşaxəli beynəlxalq dinlərarası sülhməramlı qurumudur.

 

QMİ-nin Mətbuat Xidməti

 

*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Son xəbərlər

2026-06-23

Mötəbər beynəlxalq toplantıda iştirak...

2026-06-23

Mötəbər beynəlxalq toplantıda iştirak...

2026-06-22

Şeyxülislam Allahşükür Paşazadə 'Dinlər Sülh Uğrunda” təşkilatının Üm...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024