• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Ölkəmizdəki dinlərarası harmoniya Tolerantlıq Evində müzakirə olunub

  • 2025-06-24
Qafqaz Müsəlmanları İdarəsinin Tolerantlıq Evində “Tarix və müasirlik kontekstində İslamda tolerantlıq və multikultural dəyərlər” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Azərbaycandakı dinlərarası harmoniyasının tarixi kökləri və müasir dövrdəki inkişaf meyilləri müzakirə olunub.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov məruzə ilə çıxış edərək bildirib ki, İslamın mahiyyətində tolerantlıq, qarşılıqlı hörmət və multikultural yanaşma prinsipləri dayanır. O, Azərbaycanın bu dəyərlərə əsaslanan dini münasibətlər modelinin qədim tarixə söykəndiyini və bu gün də uğurla davam etdiyini vurğulayıb. Aqil Şirinov Azərbaycanın tolerantlıq nümunələrinin yalnız daxili deyil, beynəlxalq miqyasda da maraqla izlənildiyini bildirib. O, Qubadakı Qırmızı Qəsəbə və Qəbələnin Nic qəsəbəsi kimi müxtəlif din və etnik qrupların harmoniyada yaşadığı məkanları ölkəmizin multikultural mədəniyyətinə nümunə kimi göstərib.
Məruzəçi, dünyəvilik prinsipinin Azərbaycan modelində uğurla tətbiq olunduğunu qeyd edərək bildirib ki, dövlət və dinin ayrılığı heç də dinin cəmiyyət həyatında rolunun inkarı deyil. Əksinə, bu model dinlərin azad inkişafına şərait yaradır, dini müxtəlifliyi qoruyur və cəmiyyətdə sabitliyi təmin edir. O, Avropada baş vermiş məzhəb müharibələrinə istinadla qeyd edib ki, ölkəmizin dünyəvi modelində əsas məqsəd dini inancı siyasi ideologiyaya çevirmədən cəmiyyətdə sülh və qarşılıqlı hörməti təmin etməkdir.
Aqil Şirinov eyni zamanda vurğulayıb ki, İslam aləminin bir çox bölgələrində rast gəlinən məzhəb ayrı-seçkiliyi Azərbaycanın dini həyatında mövcud deyil. Bunun bariz nümunəsi kimi o, məscidlərimizdə həm sünni, həm də şiə dindarların birlikdə ibadət etməsini dünyada nadir və nümunəvi hal kimi təqdim edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin salamlarını tədbir iştirakçılarına yetirib. O, çıxışında Azərbaycanın multikultural dəyərlərinin təkcə ideoloji deyil, real həyat təcrübəsinə söykəndiyini vurğulayıb. QMİ sədrinin müavini yəhudi, xristian və müsəlman din xadimləri arasında mövcud olan münasibətləri konkret hadisələrlə zənginləşdirərək qeyd edib ki, bu birlik yalnız sözlə deyil, əməldə də özünü göstərir.
Fuad Nurullayev dinin siyasiləşməsinin qarşısının alınmasının vacibliyini xüsusi qeyd edib. O, Şeyxülislam Allahşükür Paşazadənin 1990-cı il 20 Yanvar hadisələrində oynadığı mühüm rolu xatırladaraq qeyd edib ki, bu hadisə dini liderin xalqın yanında dayandığını, lakin hərəkatı dini motivlərə bağlamaqdan imtina etməklə Azərbaycanın dünyəvi xəttinə sadiqliyini nümayiş etdirdiyini göstərdi.
Tədbir iştirakçıları Azərbaycandakı tolerantlıq mühitinin sözdə deyil gündəlik həyatda mövcud olduğunu faktlarla sübut ediblər.
Tədbirdə həmçinin dinlərarası dialoqda Azərbaycanın dünya ölkələri üçün model rolu vurğulanıb. Sonda gənclərlə belə müzakirələrin davamlı keçirilməsinin vacibliyi qeyd olunub.
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Son xəbərlər

2025-07-17

Səfir: “Azərbaycanlı zəvvarlara hər zaman diqqət və qayğı göstərilir”...

2025-07-16

Şeyxülislam Allahşükür Paşazadə Türkmənistan Xalq Məsləhətinin sədri Q...

2025-07-04

Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyi birgə qanvermə aksiya...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024