• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Romada üç monoteist dinin nümayəndələrinin iştirakı ilə iftar süfrəsi açılıb

  • 2026-03-10
  •  
  • 9

Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin təşəbbüsü ilə martın 9-da Romada iftar süfrəsi təşkil olunub.

 

AZƏRTAC xəbər verir ki, mərasimdə Vatikanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri, İtaliyada və Müqəddəs Taxt-Tacda akkreditə olunmuş çoxsaylı diplomatik korpusun, dövlət, din, ictimaiyyət nümayəndələri iştirak ediblər. Papa XIV Leo həzrətlərini Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin təmsil edib.

 

Vətəndaşlarla dövlət və ictimai qurumlar arasında birbaşa körpülər qurmağı hədəfləyən tədbirin təşkilinə Mərakeş Krallığının Müqəddəs Taxt-Tacdakı səfirliyi və Beynəlxalq Media Kommunikasiya Klubu (MICC) da dəstək verib.

 

Azərbaycanın dünya miqyasında dinlərarası dialoq və əməkdaşlığa daha bir töhfəsi olan, müxtəlif dinlərin nümayəndələrinin – müsəlmanların, xristianların və yəhudilərin bir araya gəldiyi bir iftar süfrəsi dərin geosiyasi qarşıdurmaların, humanitar böhranların və müharibələrin tüğyan etdiyi bir dövrdə dialoqu davam etdirmək və onu daha da möhkəmləndirmək məqsədi daşıyıb. Bu təşəbbüsün ən diqqətçəkən məqamlarından biri də builki iftar süfrəsinin üç böyük monoteist dinin müqəddəs tarixlərinin eyni vaxta təsadüf etməsi, İslamın Ramazan ayının, xristianlığın Müjdə bayramının və yəhudilərin Purim bayramının bir-birinə qovuşması olub.

 

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

 

Tədbirin moderatoru, Beynəlxalq Media Kommunikasiya Klubunun baş katibi Nizar Ramadan çıxış edərək bildirib ki, əsas hədəf milli qanunvericiliklərə hörmət çərçivəsində müxtəlif icmaların real inteqrasiyasının təşviqi və onların tam hüquqlarını təmin etməkdir.

 

Mərakeş Krallığının Müqəddəs Taxt-Tacdakı səfiri xanım Racae Naci bu tədbirin ölkələr və icmalar arasında dostluq bağlarını daha da möhkəmləndirəcəyinə töhfələr verəcəyini qeyd edib. Bildirib ki, həm Mərakeş, həm də Azərbaycan bu tədbiri birlikdə təşkil etməklə sülhə olan ortaq bağlılığını bir daha təsdiqləyib və daha qardaşcasına bir dünya naminə birgə fəaliyyətə ilham verib.

 

Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pietro Parolin çıxışında Papa XIV Leonun mərasim iştirakçılarına salamlarını çatdırıb. O bildirib ki, bu cür təşəbbüslər diplomatiyanın təkcə danışıqlar masası arxasında deyil, həm də qonaqpərvərlik süfrələri arxasında həyata keçirildiyini nümayiş etdirir. Birlikdə yemək paylaşmaq qarşılıqlı anlaşma yaradır, etimadı möhkəmləndirir və ortaq ləyaqətimizi təsdiqləyir. Həqiqətən də xalqlar arasında dostluq təkcə razılaşmalar və tərəfdaşlıqlar vasitəsilə deyil, həm də bu sadə, lakin dərin mənalı birgə ünsiyyət jestləri ilə möhkəmlənir.

 

Ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov iftar mərasiminin üç monoteist dinin müqəddəs günlərinin qeyd olunduğu bir vaxta təsadüf etməsinin böyük rəmzi məna daşıdığını qeyd edərək, Azərbaycanın tarixən müxtəlif dinlərin və millətlərin əsrlər boyu sülh və harmoniya şəraitində birlikdə yaşadığı ölkə olduğunu diqqətə çatdırıb. İftar mərasiminin qardaşlığa açıq və səmimi çağırış olduğunu vurğulayan diplomat bildirib ki, münaqişə, qütbləşmə və inamsızlıqla xarakterizə olunan bir dünyada bu cür mesajlar dövrümüz üçün əsl mənəvi rəhbərlikdir. Buna görə də müxtəliflik təhdid deyil, ilahi müdrikliyin ifadəsidir. Fərq dialoqun çiçəklənməsi üçün mövcuddur və bir-birimizi tanımaq könüllü deyil, mənəvi məsuliyyətdir.

 

Şeyxülislam Allahşükür Paşazadə çıxışında Azərbaycanın və Müqəddəs Taxt-Tacın dinlərarası dialoq müstəvisində əməkdaşlığının rəmzinə çevrilən bu iftar mərasiminin dünyada sülh və dinc birgəyaşayış mədəniyyətinin əyani təzahürü, əlaqələrin möhkəmlənməsinə mühüm töhfə olduğunu bildirib. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bərpa etdiyini deyən A.Paşazadə bildirib ki, bu gün Azərbaycan dövləti işğal dövründə vandalizm aktları nəticəsində dağıdılmış dini-mənəvi irs nümunələrimizi, bütün dinlərə məxsus abidələri - məscid və məbədləri yenidən bərpa və inşa edir.

 

Müqəddəs Taxt-Tacla Azərbaycan dövləti arasında münasibətlərin uğurla inkişaf etdiyini, yüksəksəviyyəli qarşılıqlı səfərlərin mütəmadi qaydada həyata keçirildiyini vurğulayan şeyxülislam Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun xətti ilə Vatikanda tarixi dini abidələrin bərpası işinə verdiyi böyük töhfələrin ikitərəfli əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirib.

 

Çıxışlardan sonra xatirə hədiyyələri təqdim olunub, dinlərarası dialoqa töhfələrinə görə bir qrup şəxs təltif edilib.

 

Tədbir İtaliya mediası tərəfindən geniş işıqlandırılıb. 

Son xəbərlər

2026-03-10

Romada üç monoteist dinin nümayəndələrinin iştirakı ilə iftar süfrəsi ...

2026-03-10

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikan Apostol Kitabxanası ilə t...

2026-03-07

Şeyxülislam A. Paşazadə İtaliyada İftar mərasimində iştirak edəcək...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024