• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Səfir: "Şeyxülislam həzrətləri dinlərarası dialoqa mühüm töhfələr verir"

  • 2026-08-18
  •  
  • 44

"

 

Avqustun 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylini qəbul edib.

Qonağı səmimi salamlayan Şeyxülislam həzrətləri ölkələrimiz arasında münasibətlərin qədim tarixi köklərə malik olduğunu bildirib: "İslam dininin müqəddəs məkanlarının Səudiyyə Ərəbistanı Krallığı ərazisində yerləşməsi dini və mənəvi bağlarımızı daha da gücləndirir".

QMİ sədri qeyd edib ki, ölkə rəhbərləri arasında xoş münasibətlər ələqələrin inkişafına öz töhfəsini verməkdədir: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İki Müqəddəs Məscidin Xadimi Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud müxtəlif sahələri əhatə edən münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük işlər görməkdədirlər"

Allahşükür Paşazadə ikitərəfli əlaqələrin gücləndirilməsində səfirin xidmətlərini müsbət qiymətləndirib.

Şeyxülislam həzrətləri azərbaycanlı zəvvarların müqəddəs Həcc ziyarətlərinin təhlükəsiz və rahat həyata keçirilməsinə yaratdıqları şəraita görə Səudiyyə Ərəbistanı Krallığının aidiyyəti qurumlarlarının rəhbərliyinə dindarlarımızın minnətdarlığını çatdırmağı səfirdən xahiş edib.

Mehriban qarşılanmaya və xoş sözlərə görə təşəkkür edən səfir İssam bin Saleh əl-Cuteyli 

QMİ sədri ilə növbəti dəfə görüşməkdən məmnunluğunu vurğulayıb Allahşükür Paşazadənin dinlərarası dialoqa, məzhəblər arasında yaxınlaşmaya mühüm töhfələr verdiyini deyib: "Şeyxülislam həzrətlərinin dinlər və mədəniyyətlər arasında anlaşma, İslamafobiya ilə mübarizə sahəsində göstərdiyi xidmətlər danılmazdır".

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Sonda xatirə şəkili çəkdirilib.

Son xəbərlər

2026-08-18

Səfir: "Şeyxülislam həzrətləri dinlərarası dialoqa mühüm töhfələr veri...

2026-08-04

Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Nəriman Həsənzadənin məzar...

2026-07-29

Şeyxülislam Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024