Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 14-də Anqola Respublikasına səfərə yola düşür.
BMT Baş Katibinin müavini, Sivilizassiyalar Alyansının xüsusi nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə Şeyxülislam A.Paşazadə “Sülhə çağırış, müharibələrə son qoyulması və beynəlxalq hüquqa hörmət” təşəbbüsü çərçivəsində keçiriləcək Yüksək səviyyəli dialoqda iştirak edəcəkdir.
Afrika qitəsində ilk dəfə keçiriləcək bu mötəbər tədbir 16-17 iyul 2026-cı il tarixlərində Anqolanın Luanda səhərində bas tutacaqdır. Anqola Respublikası höküməti ilə əməkdaşlıqda keçirilən tədbir 2025-ci ildə İspaniyanin Gernika şəhərində bu şəhərin bombalanmasının 88-ci ildönümündə keçirilmiş təsis toplantısının ardınca müharibənin dərin tarixi izlərini daşıyan Bosniya va Herseqovinanın paytaxtı Sarayevoda keçirilən ikinci mərhələsindən sonra Luandada planlaşdırılan növbəti görüş bu ali missiyanın əhəmiyyətli davamını təşkil edir.
Forum yüksək səviyyali dövlət va hökümət rəsmilərini, nüfuzlu dini liderləri, akademik dairələrin tanınmiıs nümayəndələrini, vətəndaş cəmiyyəti və media təmsilçilərini, habelə qlobal sülh naminə həmrəy olan digər tərəfdaşları bir araya gətirəcəkdir.
Şeyxülislam A. Paşazadə tədbirin Açılış mərasimində çıxış edəcəkdir.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!


