• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edir

  • 2026-07-07
  •  
  • 23

 

 

7-11 iyul tarixlərində Özbəkistanda I Beynəlxalq İslam Sivilizasiyası Forumu keçiriləcək. Forumun keçirilməsində əsas məqsəd XXI əsrdə müsəlman coğrafiyasında qarşılıqlı hörmətin təşviq edilməsi və İslamın əsl mahiyyəti olan sülh və maarifçiliyin dünyaya çatdırılmasıdır. Forumda Azərbaycanı Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə təmsil edir.  Bu məqsədlə iyulun 6-da Daşkəndə səfəre edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Özbəkistan Müsəlmanları İdarəsinin sədri, Baş müfti Nuriddin Xoliqnazarovla görüşdü. Allahşükür Paşazadə Özbəkistanın ona hər zaman doğma olduğunu qeyd edərək, burada vaxtilə təhsil aldığı illəri xatırladı. Qardaş Azərbaycan və Özbəkistan xalqları arasında dərinləşən münasibətləri xüsusi olaraq vurğulayan Bütün Qafqazın Şeyxi Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şafqat Mirziyoyevin bu istiqamətdə həyata keçirdikləri böyük səylərindən danışdı. Allahşükür Paşazadə eyni zamanda Ümummilli lider Heydər Əliyevin hələ sovet dövründə, Kommunist Partiyası Siyasi Bürosunun üzvü olduğu illərdə İttifaqa daxil olan bütün müsəlman xalqları üçün ümid işığı olduğunu qeyd etdi. Görüş çərçivəsində  qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu, fəxri hədiyyələr təqdim edildi.

Daha sonra  Azərbaycan nümayəndə heyəti Daşkənddə yerləşən İslam Sivilizasiya Mərkərinə baş çəkdi. Qafqaz Müsəlmanları İdarəsinin sədrinə mərkəzin binasında, 100 min əlyazma və bir milyondan çox kitab daxil olmaqla, nəhəng kitabxana və İslam Sivilizasiyası Mərkəzinin elmi şöbəsi, beynəlxalq təşkilatların ofislərinin yerləşməsi barədə, həmçinin ekspozisiyanın mərkəzində yerləşən “Müqəddəs Quran” zalında müsəlman dünyasının mənəvi incisi hesab edilən “Osman Quranı” barədə geniş məlumat verildi. İslam Sivilizasiyası Mərkəzində I Beynəlxalq İslam Sivilizasiyası Forumu məqsədilə Özbəkistana gəlmiş qonaqlar üçün xüsusi mərasim keçirildi. Mərasimdə ICESCO-nun baş direktoru Səlim Əl-Malik, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə, Özbəkistan Müsəlmanları İdarəsinin sədri Nuriddin Xaliqnazarov və digər rəsmi şəxslər iştirak etdilər. Qeyd edək ki, I Beynəlxalq İslam Sivilizasiyası Forumu Daşkənd, Səmərqənd və Buxara şəhərlərində keçiriləcək.

Son xəbərlər

2026-07-07

Şeyxülislam həzrətlərinin Beynəlxalq İslam Sivilizasiyası Forumundakı ...

2026-07-07

Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Beynəlxalq İslam Sivilizasi...

2026-07-07

QMİ sədri I Beynəlxalq İslam Sivilizasiyası Forumunda çıxış edib...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024