• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislam Allahşükür Paşazadə: ‘’Regionda sülh və tərəqqi layihələrinin təşəbbüskarı kimi çıxış edirik"

  • 2026-05-13
  •  
  • 4

İstanbulda keçirilən Avrasiya İqtisadi Zirvəsi mayın 13-də öz işini davam etdirib. ‘’Qlobal məsuliyyət’’ mövzusunda keçirilən Zirvənin ikinci günü Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ‘’Su və yaşıllığın tükəndiyi planet’’ mövzusunda keçirilən paneldə çıxış edib. Dünyada baş verən kataklizmləri bəşəri təhdid olaraqqiymətləndirən A.Paşazadə deyib: ‘’Təəssüflər olsun ki, yaşadığımız dövr böyük qarşıdurmalar və insan qırğınları ilə səciyyələnir.

Geosiyasi, iqtisadi, etnik, dini və irqi zəmində toqquşmalar, artan iqlim dəyişiklikləri bəşəriyyətin gələcəyini təhdid edir. Bütün bu problemlər başlıca olaraq ilahi düzənin pozulmasından, insanların mənəvi-əxlaqi köklərindən ayrılmasından qaynaqlanır.’’ Bütün Qafqazın Şeyxi Azərbaycanın da hərbi cinayətlərə, insan qırğınına, soyqırıma məruz qalmış ölkə olduğunu qeyd etdi: “Şükürlər olsun, müzəffər Ali Baş Komandanımız - Azərbaycan Prezidenti İlham Əliyev cənablarının liderliyi ilə dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik və bugün azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri aparır, müsəlman, xristian və digər dinlərə aid məbədlərə yeni həyat verir, mədəni-mənəvi irsimizi dirçəldir, şəhərlərimizi yenidən inşa edir, regionda sülh və tərəqqi layihələrinin təşəbbüskarı kimi çıxış edirik”. 

A.Paşzadəyə nitqindən sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver tərəfindən fəxri hədiyyələr təqdim edilib. 

Qeyd edək ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığ ilə keçirilən 29-cu Avrasiya İqtisadi Zirvəsidə 48 ölkədən 400-ə yaxın nümayəndə iştirak edir. 

Son xəbərlər

2026-05-13

Şeyxülislam Allahşükür Paşazadə: ‘’Regionda sülh və tərəqqi layihələri...

2026-05-12

Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın yeni Patriarxını təbrik et...

2026-05-11

Şeyxülislam Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024