• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislam A.Paşazadə BMT SA rəhbəri ilə görüşüb

  • 2025-10-15
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ səfəri çərçivəsində BMT Baş katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi, İslamofobiya üzrə BMT baş katibinin xüsusi elçisi cənab Migel Anhel Moratinosu BMT Sivilizasiyalar Alyansının ofisində ziyarət edib. 
Migel Moratinos Şeyxülislam A.Paşazadəni səmimi salamlayaraq onu təşkilatın ofisi və işçi heyətilə tanış edib. Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər və gələcək üçün birgə fəaliyyət ətrafında fikir mübadiləsi aparılıb. 
Cənab Moratinos Şeyxülislamın BMT baş katibi Antonio Quterreş tərəfindən qəbuluna toxunaraq bu görüşün önəmini vurğulayıb və qeyd edib ki, cənab Quterreş Baş katib vəzifəsində olduğu 9 ilə yaxın müddət ərzində ilk dəfə bir dini lideri Baş Qərargahda qəbul edib.
              Şeyxülislam, öz növbəsində, bu görüşün həyata keçməsi üçün həlledici səylərinə görə M. Moratinosa öz dərin minnətdarlığını bildirib.
             Cənab Moratinos QMİ sədrini və bütün Azərbaycan xalqını Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması münasibətilə səmimi təbrik etdi. O, qeyd edib ki, BMT Sivilizasiyalar Alyansı olaraq bundan sonra da Azərbaycanla sıx əlaqələri davam etdirmək, Cənubi Qafqaz regionunda sülh quruculuğu prosesində fəal iştirak etmək, bu istiqamətdə Azərbaycan tərəfi ilə, o cümlədən, QMİ ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir. BMT Baş katibi ilə görüş barədə bəhs edərkən o, QMİ sədrinin həmin görüşdə qeyd etdiyi erməni kilsəsinin və diasporanın destruktiv mövqeyi ilə əlaqədar Baş katibin belə bir mövqeyin qəbuledilməz olduğu, digər tərəfdən, Şeyxülislamın bütün təşəbbüslərinə dəstək verəcəyi barədə açıqlamalarının böyük anlam və əhəmiyyət daşıdığını vurğuladı. Tərəflər, həmçinin, Azərbaycanın azad olunmuş ərazilərdə mənşəyindən asılı olmayaraq bütün dini və mədəni obyektlərinin genişmiqyaslı bərpaolunma prosesinin uğurla davam etməsindən məmnunluqlarını ifadə etdilər.
              Tərəflər həmçinin gələn il Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi, Müsəlman Ağsaqqalları Şurası və BMT Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı keçiriləcək İslamdaxili dialoq və İslamofobiya ilə mübarizə konfransını, eləcə də BMT Sivilizasiyalar Alyansının bu ilin dekabr ayında Səudiyyə Ərəbistanında keçirəcəyi növbəti qlobal forumunu müzakirə etdilər.
               Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov, Azərbaycanın ABŞ-dakı Fövqəladə və Səlahiyyətli səfiri Xəzər İbrahim və Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəsi Tofiq Musayev iştirak etdilər.
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Son xəbərlər

2025-10-15

Şeyxülislam A.Paşazadə BMT SA rəhbəri ilə görüşüb...

2025-10-14

Şeyxülislam Allahşükür Paşazadə "Dinlər Sülh Uğrunda" təşkilatının Baş...

2025-10-13

Ağ Evdə görüş...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024