QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyətinin tərkibində Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin dəfn mərasimində iştirak edib.
Vida mərasimindən sonra təşkil olunmuş anım məclisində QMİ sədri çıxış edərək Qafqaz müsəlmanlarının və Azərbaycan dindarlarının dərin hüzn və ehtiramını Gürcüstan xalqına və Gürcü Pravoslav Kilsəsinə çatdırıb.


