• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislam Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb

  • 2026-05-11
  •  
  • 34
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin dəvəti ilə İstanbulda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının İstanbulda yerləşən mənzil-qərargahında bu təşkilatın baş katibi Kubanıçek Ömüralıyevlə görüşüb.
Görüşdə Şeyxülislam qarşılıqlı fəaliyyət, əməkdaşlığın gücləndirilməsi, Türk dövlətlərinə üzv olan ölkələrin dini rəhbərləri arasında birliyin vacibliyi vurğulayıb: “Türk Dövlətləri Dini xadimləri şurasının yaradılması ideyası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə məxsusdur. Ümumiyyətlə din xadimləri dövlət başçılarının yürütdükləri siyasətin yanında olmalı, onu xalqa çatdırmalıdırlar’’.

Bütün Qafqazın Şeyxi həmçinin bu gün Ermənistanda hələ də bəzi qüvvələrin səsləndirdikləri nifrət çağırışlarının yolverilməz olduğunu Türk Dövlətləri Təşkilatının Baş Katibinin diqqətinə çatdırıb.


Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçek Ömüraliyev də görüş münasibətilə Bütün Qafqazın Şeyxinə dərin minnətdarlğını bildirib, yaxın günlərdə Türküstanda Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi görüşünün keçiriləcəyini diqqətə çatdırıb.

Görüşdən sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə Türk Dövlətləri Təşkilatının mənzil qərargahında mövcud olan muzey və kitabxana barədə məlumat verilib.

Qeyd edək ki, 12-13 may tarixlərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 29-cu Avrasiya İqtisadi Zirvəsi keçiriləcək. Forumda 48 ölkənin iştirakı nəzərdə tutulub.
 
azvision.az

Son xəbərlər

2026-05-12

Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın yeni Patriarxını təbrik et...

2026-05-11

Şeyxülislam Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb...

2026-05-10

Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin məzarını zi...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024