• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislam Zati-Aliləri cənab İlham Əliyevə "Zayed İnsan Qardaşlığı" Sülh Mükafatının təqdim edilmə mərasimində iştirak edib

  • 2026-02-06
  •  
  • 18

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 2-5 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə 2026-cı il "Zayed İnsan Qardaşlığı" Sülh Mükafatının təqdim edilməsi mərasimində iştirak etmək üçün “Zayed İnsan Qardaşlığı Mükafatı” Təşkilatının Baş Katibi, Müsəlman Ağsaqqalları Şurasının Baş Katibi Məhəmməd Əbdüssəlamın dəvətilə paytaxt Abu-Dabi şəhərində səfərdə olmuşdur.
Mükafatın təqdimat mərasimi ərəfəsində, fevralın 3-də A.Paşazadə “Zayed Milli Muzeyi”ndə Heydər Əliyev fondunun Vitse-Prezidenti xanım Leyla Əliyevanın, habelə Özbəkistan Respublikası Prezident Administrasiyasının rəhbəri, xanım Səidə Mirziyoyevanın və İnsan Qardaşlığı Mükafatı münsiflər heyətinin digər üzvlərinin iştirakı ilə keçirilən “Qadın Liderliyi İnsan Qardaşlığının möhkəmləndirilməsində əsas amillərdəndir” və “Humanitar fəaliyyətin praktiki siması: gecikmədən cavab vermək, cəsurca rəhbərlik etmək və təmiz şəkildə icra etmək” sessiyalarında  iştirak edib. 
Səfər çərçivəsində Şeyxülislam A.Paşazadə bir sıra ikitərəfli görüşlər keçirib.
İlk öncə, QMİ sədri Müsəlman Ağsaqqalları Şurasının üzvü qismində həmin Şuranın Baş Katibi, “Zayed İnsan Qardaşlığı Mükafatı” Təşkilatının Baş Katibi Məhəmməd Əbdülsəlam ilə görüşüb. Tərəflər cənab Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsindən sevinc və qürur duyduqlarını dilə gətirdilər. Şeyxülislam xüsusilə qeyd etdi ki, bütün Azərbaycan dindarları adından belə bir mötəbər və tarixi tədbirdə böyük məmnunluqla iştirak edir və dəvətə görə cənab M. Əbdülsəlama minnətdardır. Görüşdə 2026-cı il ərzində Azərbaycanda və xarici ölkələrdə müxtəlif islamdaxili, dinlərarası və mədəniyyətlərarası tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər xüsusilə 2027-ci ildə Azərbaycanda Müsəlman Ağsaqqalları Şurasının növbəti sessiyasının keçirilməsini müzakirə ediblər. 
Şeyxüiislam A.Paşazadə həmçinin Özbəkistan Respublikası Prezident Administrasiyasının rəhbəri, xanım Səidə Mirziyoyeva ilə, Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının Prefekti, Kardinal Jon Kuvakad və Mədəniyyət və Təhsil dikasteriyasının Prefekti, Kardinal Xose Mendonça ilə, Qazaxıstan Parlamenti Senatının sədri cənab Maulen Aşimbayev ilə, İsa Məsihin və Son Günlərin Müqəddəsləri Kilsəsinin 12-lər Kvorumunun üzvü, Ağsaqqal Devid Bednar və digər siyasi, ictimai xadim və dini liderlərlə görüşüb. 
Fevralın 4-də Qmi sədri, Şeyxülislam A.Paşazadə Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə 2026-cı il "Zayed İnsan Qardaşlığı" Sülh Mükafatının təqdim edilməsi mərasimində iştirak edib.

 

QMİ-nin Mətbuat Xidməti

 

*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

 

Son xəbərlər

2026-02-06

Şeyxülislam Zati-Aliləri cənab İlham Əliyevə "Zayed İnsan Qardaşlığı" ...

2026-01-23

Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurasının Azərbaycan Prez...

2026-01-20

20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024