• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Vaşinqtonda görüş

  • 2025-10-08

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarında səfərdədir.

           Şeyxülislam Allahşükür Paşazadə 7 oktyabr tarixində Vaşinqtonda ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri ilə görüşüb. Görüşdə

ABŞ tərəfindən Komissiyanın sədri xanım Viki Hartzler, sədr müavini cənab Asif Mahmud, habelə komissiya üzvləri - xanım Mariah Mercer, cənab Məhəmməd Elsanusi və digər üzvlər, Azərbaycan tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə, Azərbaycandakı Alban-udi icmasının sədri Robert Mobili və Azərbaycanın ABŞ-dakı Fövqəladə və Səlahiyyətli səfiri Xəzər İbrahim iştirak etdilər.

           Görüşdə çıxış edən Şeyxülislam A. Paşazadə Azərbaycanda mövcud unikal dinlərarası əməkdaşlıq və məzhəblərarası anlaşma mühiti, dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə ətraflı məlumat verib. Azərbaycanda məzhəblər arasında anlaşmanın uğurlu modelinin Bəhreyn İslamdaxili dialoq konfransında nümunə olaraq qəbul edildiyini diqqətə çatdıran QMİ sədri gələn il Azərbaycanda Müsəlman Ağsaqqalları Şurası, BMT Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə İslamdaxili dialoq və İslamofobiya ilə mübarizəyə həsr olunmuş mötəbər tədbirlərin keçiriləcəyini vurğuladı.

            Bu il Azərbaycana səfəri zamanı ölkə xaricində olması səbəbindən Şeyxülislamla görüşə bilmədiyini təəssüflə qeyd ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının sədri xanım V. Hartzler ölkəmizdə qonaqpərvərlik və irəliyə doğru inkişaf müşahidə etdiyini ifadə etdi. İslamofobiya ilə mübarizəyə dair ardıcıl konfransların keçirilməsinə toxunan xanım V. Hartzler bu forumların keçirilməsini alqışladıqlarını, bunun real nəticələrinin olmasının mühüm olduğunu bildirdi. Azərbaycanda bəzi şiə məzhəbinin mənsublarına qarşı guya ayrıseçkiliklərin olmasından narahatlığını dilə gətirən komissiya sədrinin iradlarına Azərbaycan nümayəndə heyəti dəqiq, tutarlı dəlillərlə cavab verdi. Bildirildi ki, söhbət din pərdəsi altında dövlətçiliyə qarşı konkret təhdid, çevriliş cəhdi və terrorun qarşısının alınmasından gedir və burada məzhəb amilinin heç bir rolu yoxdur.

            ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının sədr müavini cənab Asif Mahmud Azərbaycanda Dini etiqad azadlığı haqqında qanunla bağlı bəzi iradlarını bildirdi, bu qanunun beynəlxalq dini azadlıq standartları ilə uzlaşmayan məqamlara, habelə dini ədəbiyyatın senzuraya məruz qalmasına toxundu. Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirdi ki, gənc, müstəqil dövlət olaraq özümüzü mənəvi müstəvidə də müdafiə edirik. Dini ədəbiyyat adı altında ölkəyə ekstremist və radikal ədəbiyyat gətirməyə cəhdlər var və bunun qarşısını almaq üçün müvafiq komissiya kitabları nəzərdən keçirir. Ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi icmalarla mütəmadi görüşür, onları maraqlandıran məsələləri həll edir.

 ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvü cənab Məhəmməd Elsanusi, öz növbəsində, Bakıda olarkən QMİ və DQİDK-də görüşləri barədə danışdı, müsbət inkişaf məqamlarına toxundu. Narahatedici məqamlaqdan biri kimi icmaların qeydiyyat məsələsini vurğuladı, bu prosesin icmaların özlərini azad hiss etməsinin qarşısını aldığına diqqəti çəkdi. Şeyxülislam A. Paşazadə dini icmaların qeydiyyatının dövlət tərəfindən aparıldığını, lazım gəldikdə dini mərkəzin öz tövsiyələrini verdiyini xatırlatdı. Xüsusi qeyd etdi ki, burada məqsəd və məram özlərini dindar kimi qələmə verərək dövlətə qarşı fəaliyyət aparanları əsl dindarlardan ayırd etməkdir. Şeyxülislam A.Paşazadə Komissiya üzvlərini Azərbaycana bir daha təşrif buyuraraq, həqiqəti yerində görüb, Azərbaycanı xüsusi müşahidə siyahısından çıxatmağa çağırdı. Xanım V. Hartzler dəvəti almaqdan məmnun olacaqlarını dedi.

           Azərbaycandakı Alban-udi icmasının sədri Robert Mobili, öz növbəsində, diqqətə çatdırdı ki, əksəriyyəti müsəlman olan sekulyar ölkədə xristian dini icma olaraq özümüzü əla hiss edirik - Azərbaycan dövləti öz diqqət və qayğısını bizdən əsirgəmir, müsəlman xalq hər zaman bizə dəstək verir. Məbədlərimiz və dilimiz bərpa olunur, müqəddəs kitabımız ana dilimizdə nəşr olunur.

Görüşdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov, öz növbəsində, Azərbaycanın dünyada artan İslamofobiya hallarından narahat olduğunu, eyni zamanda, dinlərarası dialoqda, dünyada müsəlman icmaların hüquqlarının qorunmasında maraqlı olduğunu ətraflı izah etdi. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dini ayrıseçkiliyin bütün forma və təzahürlərini – İslamofobiya, antisemitizm və xristianofobiya ilə mübarizədə oynağıdı roldan bəhs etdi. Bildirdi ki, rəhbərlik etdiyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu müstəvidə dünyada unikal bir qurumdur.

            Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

                                                                                    QMİ-nin Mətbuat Xidməti

 

Son xəbərlər

2025-10-15

Şeyxülislam A.Paşazadə BMT SA rəhbəri ilə görüşüb...

2025-10-14

Şeyxülislam Allahşükür Paşazadə "Dinlər Sülh Uğrunda" təşkilatının Baş...

2025-10-13

Ağ Evdə görüş...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024