• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Yeni əməkdaşlıq

  • 2026-02-20
  •  
  • 25

Fevralın 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradovu qəbul edib.

Qonağı səmimi salamlayan Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təmsil edən dünya liderləri, nüfuzlu siyasi-ictimai şəxsiyyətlər və tanınmış alimlər, heç şübhəsiz ki, Mərkəzin fəaliyyətinin yüksək səviyyəsini müəyyən edir. Azərbaycan Prezidentinin ali himayə və dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi ənənəvi Qlobal Bakı Forumlarının əhəmiyyətini və beynəlxalq dəyərini yüksək qiymətləndirən Şeyxülislam A. Paşazadə belə yüksək forumların Azərbaycanın dünyadakı nüfuz və etibarının təzahürü olduğunu xüsusi vurğuladı.

         Səmimi qəbula görə minnətdarlığını bildirən R. Muradov məlumat verib ki, Azərbaycanda yerləşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə verməkdir. Beynəlxalq qurum rəsmisi Azərbaycan Prezidentinin dəstəyi ilə həyata keçirdikləri layihə və tədbirlər barədə ətraflı məlumat verib. O, xüsusi qeyd edib ki, çoxşaxəli, geniş beynəlxalq əlaqələrə malik  dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlıqda maraqlıdırlar. Əlavə edib ki, dünyada tanınmış dini lider olan Şeyxülislam Allahşükür Paşazadənin beynəlxalq müstəvidə nüfuz və etimadı Azərbaycan maraqlarının ən yüksək səviyyələrdə təmsil olunması üçün böyük əhəmiyyət kəsb edir. 

         Görüşdə iki qurum arasında ümumi maraq kəsb edən məsələlər, birgə əməkdaşlıq perspektivləri müzakirə edildi.

Görüşün sonunda dini mərkəz - Qafqaz  Müsəlmanları İdarəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında Anlaşma Memorandumu imzalandı. Sənəddə göstərilir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) regionda yaşayan müsəlmanların dini təşkilatlarını birləşdirən və dünya dinlərinin beynəlxalq və regional təşkilatları ilə əməkdaşlıq edən, milli, irqi və ya dini ayrı-seçkiliyə qarşı çıxış edən, digər dinlərin və xalqların adət-ənənələrinə hörmət edən tarixi, ali İslam dini mərkəzidir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) Azərbaycanda yerləşən, böyük Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin irsini ehtiramla tərənnüm edən və xalqlar, mədəniyyətlər və millətlər arasında bilik, tolerantlıq, dialoq və anlaşmanı təşviq etmək məqsədilə dövrümüzün böyük problemlərinin mümkün həll yollarının öyrənilməsində yüksək səviyyəli görkəmli şəxslərin iştirakını təşviq edən bir qurumdur.

Sənəddə prioritetlər sırasında vurğulanır ki, QMİ tərəfdaşlıq şəbəkəsi vasitəsilə qlobal miqyasda mədəniyyətlər, etnik qruplar və dinlər arasında anlaşma və barışığı təşviq edən layihələrin və təşəbbüslərin inkişafını dəstəkləyir. NGBM davamlı inkişaf, daha böyük bərabərlik və insan hüquqlarına hörmət məqsədi ilə xalqlar və mədəniyyətlər arasında dialoq, öyrənmə və anlaşmanı təşviq etmək məqsədli fəaliyyət aparır.

Memorandumda əməkdaşlıq sahələri olaraq dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi, sülh quruculuğu və münaqişələrin qarşısının alınması üzrə əməkdaşlıq, dini tolerantlıq və qarşılıqlı hörmət üzrə birgə təşəbbüslər, ekstremizm və radikalizmə qarşı mübarizədə iştirak, humanitar və sosial rifah fəaliyyətlərinə dəstək, təhsil, tədqiqat və gənclərin cəlb olunmasında əməkdaşlıq, mədəni və dini irsin qorunması və təşviqi, beynəlxalq forumlarda, konfranslarda və dialoqlarda iştirak müəyyən edilir.

 

QMİ-nin Mətbuat Xidməti

 

*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Son xəbərlər

2026-02-20

Yeni əməkdaşlıq...

2026-02-20

Dinlərarası dialoq: “Ramazan Süfrəsi” qlobal sülh naminə yenidən keçir...

2026-02-17

Şeyxülislam Allahşükür Paşazadənin Qazılar şurasının iclasında çıxışı...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024