• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Ölkəmizdəki dini konfessiyaların nümayəndələri Anım gününü qeyd etdilər

  •  2025-09-27 00:00:00
  •  2025-09-27
“Vətən uğrunda həlak olmuş qəhrəmanlarımızın əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. Bu sözlər bu gün Şeyxülislamın İqamətgahında toplaşan Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin və icma üzvlərinin dilindən səsləndi – hər bir dini konfessiya rəhbəri öz dini inanc və ayininə uyğun şəkildə Vətən şəhidlərini yad etdi, onların ruhları üçün dualar oxudu. Multikultural Azərbaycanın dini liderləri monolit cəmiyyət olaraq Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən əziz şəhidlərimizi yüksək məqamlarına layiqli şəkildə yad etdilər. Vətən şəhidlərinin şərəfinə ehsan süfrəsi açıldı.
 Şeyxülislam Allahşükür Paşazadə bildirdi ki: “Bu gün xalqımızın, dövlətimizin tarixinin möhtəşəm ildönümüdür. Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsinin başlanmasından beş il ötür. Tarixi ədalətin bərpası yolunda Haqq savaşımızın tarixi hər bir azərbaycanlının şərəf günü, qürur mənbəyidir. 27 sentyabr – Anım günü tarixinin milli dirçəlişimizin, dövlətçilik qüdrətimizin, Vətən sevgisinin zirvəsi olaraq xalqın yaddaşında önəmi olduqca özəldir. Azərbaycan xalqı 27 sentyabrda öz tarixinin ən böyük imtahanına daxil oldu. İllərlə həsrətində olduğu əzəli torpaqlarını işğalçıdan, öz milli-mədəni abidələrini əsarətdən azad etmək, məscidlərini həqarətdən, sərvətlərini talandan qurtarmaq yolunda haqq mübarizəsinə başladı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu haqqımızı özümüzə qaytarmaq, beynəlxalq hüququn tanıdığı, lakin təmin edə bilmədiyi ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli vəzifəni həyata keçirdi. Bu adil savaşda Vətən yolunda canından keçən qəhrəman şəhidlərimizəə Uca Allah rəhmət eləsin, igid qazilərimizə şəfalar bəxş etsin!
 Həmin günlərdə hər birimizin qəlbi Azərbaycanla, Azərbaycan əsgəri ilə birgə döyünür, 30 illik həsrətin bitəcəyinə inanırdıq. Əmin idik ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı Qarabağda qələbə çalacaq, sülh və ədalət bərqərar olacaqdır. Din xadimlərimiz həmin taleyüklü günlərdə gecəli-gündüzlü xalqın yanında oldular, əsgərlərimizə, onların ailə və yaxınlarına dini-mənəvi xidmət göstərdilər. Müxtəlif dinlərə mənsub Vətən şəhidlərimizin dəfn mərasimlərinə birgə qatıldıq, müsəlman, katolik, pravoslav, yəhidi - fərq qoymadan birlikdə iştirak etdik. Bu gün də biz yenə birlikdə qəhrəman şəhidlərimizi yad edirik. Azərbaycan dövlətinin qüdrəti sarsılmazdır və müdrik dövlətçilik xətti davam etdikcə zəfərlərimiz davam edəcəkdir. Azərbaycan din xadimləri, bütün dindarlarlarımız Zati-aliləri Prezident İlham Əliyev cənablarının hər zaman yanındadırlar, qalibiyyətli siyasi xəttini hər zaman dəstəkləyirlər və onun üçün həmişə dualar edirlər. Uca Allah Azərbaycanı qorusun, dövlət rəhbərimizi hifz etsin! Allah-Təala bütün şəhidlərə, 44 günlük Vətən Müharibəmizin qəhrəman şəhidlərinə rəhmət eləsin! Amin!”.
   Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və ölkəmizdə fəaliyyət göstərən digər dini konfessiyaların nümayəndələri Vətən şəhidlərinin Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər Parkını ziyarət ediblər.
 Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası yolunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
 Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurasının hazırladığı tədbirlər planına uyğun olaraq Anım günü ilə əlaqədar ölkə ərazidindəki məscid, kilsə və sinaqoqlarda Vətən savaşında canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirələri anılıb, dualar edilib.
Din xadimləri bu günlərdə Bakıda və bölgələrimizdəki şəhid ailələrini ziyarət edib, 44 günlük döyüşdə və antiterror əməliyyatı zamanı yaralanan qazilərə baş çəkiblər.
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Son xəbərlər

2025-10-14 00:00:00

Şeyxülislam Allahşükür Paşazadə "Dinlər Sülh Uğrunda" təşkilatının Baş...

2025-10-15 00:00:00

Şeyxülislam A.Paşazadə BMT SA rəhbəri ilə görüşüb...

2025-10-13 00:00:00

BMT-də görüş...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024