• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

QMİ sədri: Azərbaycanın dini tolerantlıq modeli bütün müsəlman dünyası üçün nümunədir

  •  2025-09-19 00:00:00
  •  2025-09-19

Azərbaycanın dini tolerantlıq modeli bütün müsəlman dünyası üçün nümunə kimi qəbul edilə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bildirib.

Onun sözlərinə görə, fevral ayında Bəhreyndə keçirilən islamdaxili dialoqa dair mötəbər beynəlxalq konfransda bu barədə qərar qəbul olunub. Tanınmış din xadimlərinin iştirak etdiyi həmin tədbirdə Azərbaycanın məzhəblərarası dialoq sahəsindəki təcrübəsi təqdim olunub. Konfrans iştirakçıları qərar qəbul ediblər ki, məzhəblərarası anlaşma sahəsində Azərbaycan modeli bütün dünyada təbliğ və təşviq olunmalıdır.

Şeyxülislam əlavə edib ki, tədbirin nəticələri əsasında Azərbaycan, ingilis, rus və ərəb dillərində "Qiblə əhlinə çağırış" adlı kitab nəşr olunub və bütün dünyada yayılacaq: “Kitabda qeyd edilir ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində Azərbaycanda bərqərar olmuş tolerantlıq, dinlərarası dialoq və məzhəblərarası anlaşma mühiti bütün dünya müsəlmanları üçün nümunə olmalıdır”.

Allahşükür Paşazadə, həmçinin ölkədə dinlər və məzhəblərarası birgəyaşayışın nadir təcrübəsinin nümayiş etdirilməsi məqsədilə dünya dini liderlərinin iştirakı ilə Azərbaycanda nüfuzlu konfransın keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Son xəbərlər

2025-10-14 00:00:00

Şeyxülislam Allahşükür Paşazadə "Dinlər Sülh Uğrunda" təşkilatının Baş...

2025-10-15 00:00:00

Şeyxülislam A.Paşazadə BMT SA rəhbəri ilə görüşüb...

2025-10-13 00:00:00

BMT-də görüş...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024