• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislam həzrətləri Astanada bir sıra görüşlər keçirib

  •  2025-09-18 00:00:00
  •  2025-09-18
Qazaxıstan Respublikasına səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayında iştirakı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirmişdir.
Moskva və bütün Rusiya Patriarxı Kirillin təşəbbüsü ilə keçirilən görüşdə Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında ənənəvi dini-mənəvi əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.
Qazaxıstan Respublikasının İnformasiya və Mədəniyyət naziri Aida Balayeva ilə görüş zamanı qardaş ölkələrimiz arasında dini-mədəni əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimizin dinlərarası dialoq prosesində fəal iştiraklarının perspektivlərindən danışılıb, Astana Qurultaylarının və Bakının evsahibliyi etdiyi dinlər və sivilizasiyalararası dialoq və əməkdaşlığa dair beynəlxalq forum və təşəbbüslərdə müştərək iştirakın davamlı olmasının vacibliyi vurğulandı. Şeyxülislam A.Paşazadə Astana Qurultayının hər zamankı kimi yüksək səviyyədə təşkil olunmasına və qonaqpərvərliyə görə Qazaxıstan dövlətinə, onun rəhbərliyinə, məsul şəxslərə dərin minnətdarlığını ifadə etdi və bunu qardaş Qazaxıstanın daha bir uğuru kimi dəyərləndirdi.
Müsəlman Ağsaqqallar Şurasının Baş Katibi Məhəmməd Əbdüssəlam ilə səmimi görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A. Paşazadənin üzvü olduğu bu mötəbər qurumun qarşıdakı planlarından danışıldı. Azərbaycanın malik olduğu nümunəvi məzhəblərarası anlaşma modelinin dünya miqyasında İslamdaxili dialoq üçün örnək əhəmiyyəti xüsusi vurğulandı və bu modelin təşviqi istiqamətində səylər müzakirə edildi.
Vatikanın Dinlərarası Dikasteriyasının Prefekti Kardinal Corc Ceykob Kuvakad ilə görüşdə Azərbaycan-Müqəddəs Taxt Tac arasında münasibətlərin, habelə Qafqaz Müsəlmanları İdarəsi ilə Vatikan arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olundu. Bu münasibətlərin ənənəvi olaraq davam etdirilməsinin və beynəlxalq dinlərarası əməkdaşlıq müstəvisində davamlı olaraq inkişaf etdirilməsinin vacibliyi vurğulandı, qarşıdakı planlar müzkirə edildi.
Nüfuzlu beynəlxalq dinlərarası dialoq platforması olan Dünya və ənənəvi Dinlərin VIII Qurultayı işini davam etdirir.
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 

 

 

Son xəbərlər

2025-10-14 00:00:00

Şeyxülislam Allahşükür Paşazadə "Dinlər Sülh Uğrunda" təşkilatının Baş...

2025-10-15 00:00:00

Şeyxülislam A.Paşazadə BMT SA rəhbəri ilə görüşüb...

2025-10-13 00:00:00

BMT-də görüş...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024