• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin Anım gününə həsr olunmuş tədbirdə çıxışı

  • 2026-09-24
  •  
  • 44

Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm dini konfessiya rəhbərləri,

qazılarımız, din xadimləri!

 

Hörmətli tədbir iştirakçıları!

 

              Bu gün xalqımızın, dövlətimizin tarixində mühüm ildönümü ərəfəsindəyik. Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsinin başlanmasından altı il ötür. Tarixi ədalətin bərpası yolunda Haqq savaşımızın mübarək tarixi hər bir azərbaycanlının şərəf günü, qürur mənbəyidir. İnşallah, yaxınlarda 44 gün ərzində qazandığımız Zəfərin 6 illiyini qeyd edəcəyik, lakin 27 sentyabr – Anım günü tarixinin milli dirçəlişimizin, dövlətçilik qüdrətimizin, Vətən sevgisinin zirvəsi olaraq xalqın yaddaşında önəmi olduqca böyük və özəldir.

 

              Azərbaycan xalqı 27 sentyabrda öz tarixinin böyük imtahanına daxil oldu. İllərlə həsrətində olduğu əzəli torpaqlarını işğalçıdan, öz milli, dini, mədəni abidələrini əsarətdən azad etmək, məscidlərini həqarətdən, sərvətlərini tar-mar olmaqdan qurtarmaq yolunda haqq mübarizəsinə başladı. Dünya birliyinin üzərindən susqunluqla keçdiyi vandalizm hallarına, mədəni soyqırımı cinayətlərinə son qoymaq üçün, viran edilmiş şəhər, kəndlərimizə, yaşayış məskənlərimizə sahib çıxmaq üçün Azərbaycan Ordusu Azərbaycan torpağında haqqımızı özümüzə qaytarmaq üçün ayağa qalxdı. Beynəlxalq hüququn tanıdığı, lakin təmin edə bilmədiyi ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli vəzifənin həyata keçirilməsi missiyasını müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə həyata keçirdi. Azərbaycan Ordusunun Vətən yolunda canından keçən qəhrəman şəhidlərinə Uca Allah rəhmət eləsin, igid qazilərimizə şəfa bəxş etsin!

              Din xadimlərimiz həmin mübarək, taleyüklü günlərdə gecəli-gündüzlü xalqın yanında oldular, əsgərlərimizə, onların ailə və yaxınlarına dini-mənəvi xidmət göstərdilər. Bu, bizim din xadimi olaraq mənəvi vəzifəmizdir və biz bu vəzifəmizi Vətən müharibəsi günlərində də layiqli şəkildə həyata keçirdik. Müxtəlif konfessiyaların təmsilçisi olan Vətən şəhidlərimizin dəfn mərasimlərinə birgə qatıldıq, müsəlman, katolik, pravoslav, yəhidi  - fərq qoymadan birlikdə iştirak etdik. İstər Vətən müharibəsi günlərində, istərsə mübarək Zəfərimizdən sonra biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya başçıları dəfələrlə görüşərək II Qarabağ savaşının müqəddəs amalları barədə ətraflı bəhs etmiş, haqq mücadiləmizin həqiqətləri barədə dünya ictimaiyyətinə geniş məlumatların çatdırılması yönündə əlimizdən gələni əsirgəməmişik. Erməni tərəfinin müharibə cinayətləri, xalqımıza qarşı həyata keçirdiyi qeyri-insani əməllər haqqında, yaydıqları dezinformasiyaları və məkrli ittihamları ifşa üçün əməkdaşlıq etdiyimiz bütün dini mərkəz və beynəlxalq qurumlarla intensiv iş apardıq. Azərbaycanda mülki əhaliyə qarşı cinayətləri bütün dünyada yaydıq, bütün konfessiyyalar birlikdə dünya birliyinə, beynəlxalq təşkilatlara və dini mərkəzlərə müraciət etdik, birgə bəyanatlar yaydıq. Dövlətimiz və xalqımız qarşısında borcumuzu dini-mənəvi xidmətimizlə ödəyirik. Həmin günlərdə də, hər zaman olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyalarla birlikdə olduq, çiyin-çiyinə haqq mücadiləmizə birgə yardımçı olduq. Fəxarətdoğurucu haldır ki, möhtərəm dövlət başçımız İlham Əliyev cənabları mədəniyyət paytaxtımız Şuşanın Cıdır düzündə etdiyi tarixi çıxışı zamanı Qarabağ Zəfərinə Azərbaycanın din xadimlərinin, dindarların töhfəsini xüsusi qeyd etdi, yüksək dəyərləndirdi. Bu gün də Azərbaycandakı katoliklər, pravoslavlar, yəhudilər, alban-udilər müsəlmanlarla bərabər Vətən şəhidlərinin ailələrini diqqət və qayğı ilə əhatə edirlər, onların xatirələrini layiqli şəkildə anırlar. Bizim bu birliyimiz Azərbaycan xalqının dəyərli sərvətidir. Heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi olan, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının bir ailənin üzvləri kimi mənəvi harmoniya şəraitində yaşamalarını təmin edən multikultural ənənələrimiz sayəsində Azərbaycan dövlətinin qüdrəti sarsılmazdır və hər zaman qələbələri davam edəcəkdir.

 

              Möhtərəm Prezidentimiz Zati-aliləri İlham Əliyev cənabları Azərbaycanı qalib ölkə, Azərbaycan xalqını zəfər çalmış xalq yüksəkliyinə qaldırdı, ata arzusunu — Azərbaycan xalqının Ulu Öndərinin vəsiyyətini yerinə yetirdi. Xalqın dəstək və həmrəyliyi, liderinə olan dərin etimadı, ehtiram və məhəbbətinə istinadən İlham Əliyev qalib xalqın müzəffər sərkərdəsi, Qarabağın, Şuşanın fatehi, ədaləti bərpa edən millət qəhrəmanı olaraq tarixin səhifələrinə həkk olunmuşdur.

 

              Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələri — vəhşicəsinə dağıdılmış şəhər və kəndlərin, mənəvi məkanların bərpası, torpaqlarımızın minalardan təmizlənməsi ilə bağlı genişmiqyaslı quruculuq işləri bizi hədsiz sevindirir. Din xadimlərinin azad olunmuş torpaqlarımıza hər bir səfərimiz zamanı Şuşada əsası qoyulmuş yeni, möhtəşəm məscid binası, tarixi məscidlərimizdən ucalan Azan səsləri, bərpa və yenidən qurulan məscid və ibadətgahları, xristian məbədlərini ziyarət etmək  fəxarətverici məqamlardır. Bu, mənəvi dəyərlərini, multikultural dini irsini milli sərvət olaraq dəyərləndirən, onu dirçəldərək hifz edən Azərbaycanın tolerant dövlət siyasətinin təzahürüdür. Zati-aliləri Azərbaycan Prezidenti İlham Əliyev cənablarının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərə ənənəvi diqqət və qayğısı işğaldan azad olunmuş ərazilərimizdə dini-mədəni irsin dirçəldilməsi, yeni həyat verilməsi yönündə misilsiz işlərlə davam etdirilir.  

 

              Hörmətli tədbir iştirakçıları! Azərbaycan xalqının zəfərləri xalq-dövlət birliyi və milli-mənəvi vəhdətimizin bəhrələridir. Azərbaycan dövlətinin qüdrəti sarsılmazdır və müdrik dövlətçilik xətti davam etdikcə zəfərlərimiz davam edəcəkdir. Necə ki, 2023-cü ildə antiterror əməliyyatı ilə Azərbaycanın suverenliyi tam bərpa olundu. Bu gün ləğv edilmiş separatçı rejim nümayəndələri Azərbaycan ədliyyəsi qarşısında cavab verirlər, mənfur əməlləri bütün dünya qarşısında ifşa olunur, ədalət yerini alır. Bir zamanlar terrorçu, separatçıların yuvasına çevrilmiş Xankəndi bu gün Azərbaycanın Beynəlxalq Zirvə görüşləri keçirdiyi məkan kimi dünyanın gündəmindədir. Xocalıda soyqırım qurbanlarının Memorial abidəsi ucaldılır. Bakıda isə Zəfər Tağı qürurlu qələbəmizi təcəssüm etdirir. Azərbaycan din xadimləri, bütün dindarlarlarımız hər zaman Zati-alilərinin müdrik daxili və xarici siyasətini, qalibiyyətli siyasi xəttini dəstəkləyirlər və onun üçün həmişə dualar edirlər. Uca Allah Azərbaycanı qorusun, dövlət rəhbərimizi hifz etsin! Allah-Təala bütün Vətən şəhidlərimizə, 44 günlük Vətən Müharibəmizin qəhrəman şəhidlərinə rəhmət eləsin! Amin!

 

Son xəbərlər

2026-09-24

Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin Anım gününə həsr olunmuş...

2026-09-24

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb...

2026-09-24

Azərbaycanın dini konfessiya rəhbərlərinin BƏYANATI...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024