Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 13-də G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-a səfərə yola düşür.
Şeyxülislam A. Paşazadə tədbirə G20 Dinlərarası Forum Assosiasiyasının Prezidenti Kol Dürham tərəfindən dəvət olunub. G20 Sammitləri ərəfəsində keçirilən Dinlərarası Forum davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası qlobal platformadır. QMİ sədri A. Paşazadə G20 Dinlərarası Forumunun Bolonya, Bali, Puna, Keyptaynda keçirilən tədbirlərinin iştirakçısı olmuşdur.
15-17 oktyabr tarixlərində ABŞ-ın Yuta ştatının paytaxtı Soltleyksiti şəhərində baş tutacaq Forumun mövzusu – “Davamlı ümid - ümumi gələcək”dir. Forumda çıxış edəcək QMİ sədri Şeyxülislam A.Paşazadənin tədbir çərçivəsində Forum iştirakçıları və rəsmilərlə görüşləri nəzərdə tutulur.
QMİ-nin Mətbuat Xidməti


