• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

TDT-yə üzv ölkələrin nümayəndələri Seyid Yəhya Bakuvinin türbəsini və Tolerantlıq Evini ziyarət ediblər

  •  2026-09-14 00:00:00
  •  2026-09-13

Sentyabrın 13-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci Görüşünün iştirakçıları azərbaycanlı mütəfəkkir alim Seyid Yəhya Bakuvinin türbəsini ziyarət edib, ruhuna dualar oxuyublar.

AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə qonaqlara Seyid Yəhya Bakuvi və onun zəngin irsi haqqında məlumat verib.

Bildirilib ki, Şirvanşahlar Sarayı Kompleksinin orta həyətində yerləşən türbə xalq arasında “Dərviş türbəsi” kimi tanınır. Seyid Yəhya Bakuvi Şirvanşah I Xəlilullahın dövründə saray alimi olub. Xəlvətilik təriqətinin yaradıcılarından biri olan alim vəfat etdikdən sonra I Xəlilullahın əmri ilə burada dəfn edilib.

Qeyd olunub ki, Azərbaycan təsəvvüf məktəbində yetişən Seyid Yəhya Bakuvi xəlvətilik təriqətini inkişaf etdirərək yenidən təsis edib. XV əsrdən etibarən bu təriqət müsəlman aləmində böyük təsirə malik olub və geniş yayılıb. Seyid Yəhya Bakuvinin türk, ərəb və fars dillərində yazdığı təsəvvüfi-fəlsəfi və ədəbi əsərlər dünyanın müxtəlif ölkələrində fəlsəfi fikrin inkişafına təsir göstərib. Onun sufi-mistik xarakterli təxminən 30 əsəri günümüzədək gəlib çatıb.

TDT-yə üzv ölkələrin müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci Görüşünün iştirakçıları, həmçinin İçərişəhərdə yerləşən Tolerantlıq Evini ziyarət ediblər.

Qonaqlara bildirilib ki, XIX əsrdə inşa edilən bu məkan müxtəlif dinlərin və mədəniyyətlərin bir arada, harmoniya şəraitində yaşamasını nümayiş etdirir. Tolerantlıq Evi tolerantlıq anlayışının möhkəmləndirilməsinə, müasir cəmiyyətdə multikulturalizmin və insan hüquqlarının əhəmiyyətinin önə çəkilməsinə xidmət edir. İçərişəhərin tarixi kontekstini qoruyan məkan müasir dövrün tələblərinə uyğun platforma kimi bu dəyərlərin gələcək nəsillərə ötürülməsinə töhfə verir.

Qonaqlar Azərbaycanın zəngin tolerantlıq ənənələrini əks etdirən eksponatlar, dini atributlar, müqəddəs dini kitablar, etnoqrafik eksponatlar, dini liderlərə məxsus təltiflər, şəxsi hədiyyələr və dövlət mükafatlarına baxış keçirib, onlar barədə məlumat əldə ediblər.

Həmçinin Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycanda dinlərarası dialoq, tolerantlıq və multikultural dəyərlərin təşviqinə göstərdikləri diqqət və qayğını əks etdirən fotoqalereya ilə tanış olublar.

Qeyd edək ki, TDT-yə üzv ölkələrin müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci Görüşü çərçivəsində keçirilən tədbirlərdə 40-a yaxın ölkədən, 18 beynəlxalq təşkilatdan və mərkəzdən olan 200-ə yaxın iştirakçı bir araya gələcək.

Son xəbərlər

2026-09-16 00:00:00

Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri...

2026-09-16 00:00:00

Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları Ağdam Şəhidlər xiya...

2026-09-16 00:00:00

Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları Xankəndi şəhərində ...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024